18 fevral 2011 16:06
Ramiz Məmmədovun komandası Latviya klubuyla da bacarmadı
Həmyerlimiz Ramiz Məmmədovun çalışdırdığı Qazaxıstanın “Atırau” klubu Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışı çərçivəsində növbəti sınaq matçını keçirib. Azerisport.az xəbər verir ki, digər iki həmyerlimizin də çalışdığı bu komanda Latviya “Dauqava”sı ilə görüşüb.
Görüş 1:1 hesablı heç-heçəylə başa çatıb. Qeyd edək ki, Ramiz Məmmədovun komandası Antalya toplanışına fevralın 20-də başa vuraraq, Qazaxıstana dönəcək və yeni mövsümün startını gözləyəcək.
