18 fevral 2011 16:54

Təyyarəçilərin Lənkəran sindromu var

Premyer Liqanın 21-ci turunun mərkəzi oyununda “Xəzər Lənkəran” evdə cari mövsümün iddialı təsir bağışlayan komandalarından olan AZAL-ı qəbul edəcək. Azerisport.az xəbər verir ki, “təyyarəçilər” ilk altılığa düşmək üçün heç də az çalışmır. Lakin çempionluq uğrunda mübarizə aparan “Xəzər Lənkəran” tarixi ərzində də bu komanda üçün heç də uğurlu rəqiblərdən olmayıb.
 
Turnir cədvəlində hal-hazırda 5-ci olan AZAL ilə ikinci pillədəki “Xəzər Lənkəran” 4-cü turda qarşılaşmışdı. Bakıdas baş tutan həmin qarşılaşmada cənublular 1:0 hesablı qələbə qazanıb. Bu mövsüm üç dəfə cərimə zərbəsindən fərqlənən Elvin Beqiri bu qollardan birini məhz həmin oyunda vurmaqla komandasına səfərdə üç xal qazandırmışdı.
 
Ümumilikdə isə AZAL-ın səfər oyunlarında bu mövsüm yalnız 3 oyunda qələbə qazandığını, 2 oyunda məğlub olduğunu və beş oyunda heç-heçə etdiyini görə bilərik. “Muğan”a səfərdə məğlub olan “təyyarəçilər”, həmçinin MOİK-lə oyunda xal itirən nadir komandalardandı. “Xəzər Lənkəran”ın ev oyunlarda nəticəsi isə belədi: 7 qələbə, 2 heç-heçə və 1 məğlubiyyət. Bu, on ev oyununun yalnız ikisində komanda qapısında qol görüb.
 
Top fərqinə görə komandaların göstəriciləri bir-birinə yaxındı – “Xəzər Lənkəran”da +13, AZAL-da +12. Lakin AZAL bu mövsüm rəqibinə nisbətən 3 qol çox vurub (23-26), amma buraxılan toplarda “Xəzər Lənkəran”ın göstəricisi daha yaxşıdı (10-14).
 
Ötən illərdə “Olimpik” adlanan AZAL-ı çempionat çərçivəsində “Xəzər Lənkəran” bugünə kimi 5 dəfə qəbul edib. Bu görüşlərin heç birində meydan sahibləri məğlub olmayıb, 3 dəfə qalib gəlib, 2 dəfə isə oyunlar heç-heçə başa çatıb. Maraqlıdı ki, bu 3 qələbə müxtəlif hesablarla, amma 1 top fərqi ilə qazanılıb – 1:0, 3:2, 2:1. Lənkəranda baş tutan son görüşdə də “Xəzər Lənkəran” üç xal qazana bilib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.