18 fevral 2011 17:56
Berti Foqts: Bu, əsl faciə ola bilər
Azərbaycan yığma komandasının baş məşqçisi Berti Foqts sabiq klubu olan Münhenqladbax “Borussia”sının Almaniya Bundesliqasındakı çıxışına görə narahatdı. Azerisport.az xəbər verir ki, ölkəsindən olan jurnalistlərə açıqlamasında o, sevimli komandasının durumundan narahat olduğunu belə ifadə edib:
“Borussia” Bundesliqadakı yerini itirməməlidi. Bu, əsl faciə ola bilər. Komandanın hələ müəyyən şanı qalıb. Amma bu şansdan da maksimum yararlanmaq lazımdı”.
