18 fevral 2011 18:07

“Azərbaycanda buna nə dərəcədə nail olacağımı bilmirəm”

“Gəncə”nin yeni transferi Kristaps Grebis müsahibəsində  yeni komandasından, Gəncədən, bu şəhərdə qarşılaşdığı münasibətdən, çempionatımızın səviyyəsindən və başqa məqamlardan danışıb. Azerisport.az həmin müsahibə ilə sizi də tanış edir.
 
- Gəncədə sizi necə qarşıladılar?
- Məni burda cox isti qarşladılar. Hazırda məşqlərə qatılmışam. Özümü yaxşı hiss edirəm.
 
- Azərbaycanın ən titullu klublarından olan “Gəncə”yə transferiniz necə baş tutdu?
- Mənə Azərbaycan və Gəncə haqqında menecerim danışıb. O ölkənizdə futbolun inkişaf etdiyini, bu sahəyə diqqət və qayğının olduğunu söylədi. “Gəncə” haqqında isə çox müsbət fikirlər bildirdi. O, bildirdi ki, bu mövsüm Premyer Liqaya vəsiqə qazanan “Gəncə” yaxşı oyun nümayiş etdirir və klub vaxtı ilə Azərbaycanın ən titullu komandalarından biri olub. Ona görə də “Gəncə”yə keçməyə razılıq verdim.
 
- Azərbaycan çempionatını, klublarını və ümumilikdə futbolumuzu necə dəyərləndirərdiniz?
- Bilirsiz, mən Azərbaycan futbolu haqqında o qədər də ətraflı məlumata malik deyiləm. Sizin ölkənizdə oynayan bir neçə latviyalı futbolçu ilə yaxın əlaqələrim var. Məsələn Andrey Rubins, Girt Karlsons, Torres, Solonitsin və başqa futbolçuların mənə söylədiklərinə görə maraqlı çempionat keçir. Yaxşı komandalar formalaşıb, futbola diqqət və maraq böyükdü. Xüsusən də Gəncədə futbolu sevirlər və azarkeşlik edirlər. Amma hələ qəti fikir söyləyə bilmərəm. Bir müddət sonra bu barədə ətraflı və dəqiq nə isə demək olar.
 
- Komandaya uyğunlaşmağınız necə gedir?
- Komanda məni çox isti qarşıladı. Uşaqlar çox mehribandılar. Artıq məşqlərə qatılmışam. Bir az adlarla bağlı çətinlik çəkirəm. Amma o da yavaş-yavaş düzəlir. İnanıram ki, bir müddət sonra mənim üçün çox rahat olacaq. Yenə də zamana ehtiyac var.
 
- Əvvəlki klubunda yüksək məhsuldarlıq göstərən Grebis bu mövsüm “Gəncə”nin heyətində uğur qazanacağına inanırmı?
- Mən peşəkar futbolçuyam. Harada oynamağımdan asılı olmayaraq bütün gücümü meydanda nümayiş etdirməyə çalişacam. Hələ ki, Azərbaycan çempionatında buna nə dərəcədə nail olacağımı bilmirəm. Amma “Gəncə”də də məhsuldar bir oyunçu kimi tanınacağıma ümir edirəm.
 
- Artıq “Gəncə”nin heyətində ilk oyuna çıxmısız. AZAL ilə qarşılaşma barədə nə deyə bilərsiz?
- Cox maraqlı və gərgin oyun oldu. AZAL da yaxşı təsir bağışladı. Biz də bacardığımız qədər mübarizə apardıq. Hər iki komandanın yetərincə qol imkanları oldu. Sona qədər komandalar meydançada döyüşdülər. Fikrimcə hesab nəticəyə görə oldu. Amma meydança mənim heç də ürəyimcə olmadı. Baxımlı futbol üçün süni yox, yaşıl meydançalar daha əlverişlidi.
 
- Gəncəyə gəldiyiniz az bir müddətdi. Şəhər ilə tanış olmusuz?
- Futbolçularla bir az şəhəri gəzmişəm. Onu deyim ki, Gəncə çox təmiz və gözəl şəhərdi. Yaxşı yolları və yaraşıqlı binaları, tarixi abidələri var. Hiss olunur ki, şəhərdə inkişaf var. Amma daha yaxından tanış olmaq istəyirəm. Buna da yenə zaman lazımdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.