18 fevral 2011 19:16
Futbolçunun ölümü çempionatımızın oyununu təxirə saldı
Futbol üzrə Azərbaycan çempionatının bir oyunu təxirə salınıb. Azerisport.az xəbər verir ki, buna “Şəmkir”in futbolçusu Hacıyev Tural Taleh oğlunun qəfil vəfatı səbəb olub.
Bununla əlaqədar olaraq, “Şəmkir” rəhbərliyi birinci divizionunun 15-ci turunun “Bakılı” – “Şəmkir” matçının təxirə salınması üçün PFL-ə müraciət edib. Bu səbəbdən də yuxarıda göstərilənləri nəzərə alaraq PFL prezidenti Ramin Musayev “Bakılı” – “Şəmkir” matçının başqa tarixdə keçirilməsinə dair əmr imzalayıb.
