18 fevral 2011 19:23
Qarabağ Gəncəyə 2 itkiylə yollandı
“Qarabağ” Gəncəyə yola düşüb. Azerisport.az xəbər verir ki, bazar günü Premyer Liqanın 21-ci turu çərçivəsində şəhərin eyniadlı komandasının qonağı olacaq Qurban Qurbanov bu gün səhər Bakıda məşq etdikdən sonra Gəncəyə yollanıb.
Saat 15:00-da Bakını tərk edən Ağdam təmsilçisi səfərə tam heyətlə yollanmayıb. Zədəli Aftandil Hacıyev və Devran Ayhan qərb bölgəsinə aparılmayıb.
Qeyd edək ki, “Qarabağ” sabah oyunun keçiriləcəyi meydanda məşq edərək hazırlıqlarını tamamlayacaq. “Gəncə” – “Qarabağ” görüşü isə bazar günü saat 13:00-da start götürəcək.
