18 fevral 2011 11:58
Neftçi Simurqla oyunun hazırlığına bu gün yekun vuracaq
Premyer Liqanın 21-ci turunun "Simurq"la oyununa hazırlaşan "Neftçi" dünən Zaqatalaya yollanıb. Azerisport.az xəbər verir ki, komanda üzvləri "Qafqaz" otelində məskunlaşıblar.
Flaqman sözügedən görüşə hazırlığı bu gün başa çatdıracaq. "Neftçi" saat 16:00-dan etibarən oyunun keçiriləcəyi Zaqatala şəhər stadionunda məşq keçəcək.
