18 fevral 2011 12:08
Mahir Şükürov niyə oynamır?
Yığmamızın üzvü Mahir Şükürovun şərəfini qoruduğu Rusiyanın “Anji” klubu növbəti sınaq matçını keçirib. Azerisport.az xəbər verir ki, Vaqif Sadıqovla Emin Ağayevin də çalışdığı Mahaçqala təmsilçisinin rəqibi Qazaxıstanın “Kayrat” klubu olub.
Qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb. Lakin ən diqqətçəkən məqam Mahir Şükürovun bu dəfə də meydana çıxmaması olub. Maraq üçün xatırladaq ki, həmyerlimiz fevralın 13-də baş tutan Ukraynanın “Obolon” klubuyla matçda da forma geyə bilməmişdi. Lakin Mahirin heyətdən kənarda qalmasının dəqiq səbəbi məlum deyil. Ola bilsin ki, futbolçumuzun meydana çıxa bilməməsinə zədə amili səbəb olsun.
