19 fevral 2011 13:16
Yığmamızın sabiq üzvü Litva çempionatında
Yığmamızın sabiq üzvlərindən olan Yuri Muzıka bundan sonra karyerasını Litva çempionatında davam etdirə bilər. Azerisport.az xəbər verir ki, o, Mariyampolun “Suduva” komandasında baxışdadı və böyük ehtimalla orda qalacaq.
Litva mətbuatının yazdığına görə, iki gün öncə bu komandanın düşərgəsinə təşrif buyuran millimizin 28 yaşlı sabiq üzvü artıq bu gün “Sokul Sokulki” ilə yoldaşlıq görüşündə iştirak edəcək. Maraq üçün xatırladaq ki, ukraynalı forvard vaxtilə millimizlə yanaşı “Karvan”, “İnter” və “Olimpik” kimi klublarımızda da top qovmuşdu.
