19 fevral 2011 14:03
Rednik: Potensialımız AZAL-ı yenməyimizi şərtləndirir
“Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik Premyer Liqanın 21-ci turunun AZAL ilə prinsipial qarşılaşması haqda fikirlərini bölüşüb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Biz AZAL ilə oyuna həm fiziki, həm də psixoloji cəhətdən hazır olmalıyıq. AZAL yaxşı komandadı və biz əminik ki, onlar bizə problem yaratmağa çalışacaqlar. Ancaq biz də hər şeyi edəcəyik ki, onları məğlub yola salaq. Fikrimcə, bizim potensialımız AZAL üzərində qələbə qazanmağı şərtləndirir”.
