19 fevral 2011 15:28
Bakı futbolçusunun lipa olduğunu təkzib etdi (FOTO)
Əvəzedici komandalar arasında keçirilən "Turan" - "Bakı" qarşılaşmasından sonra meydan sahiblərinin "Bakı"nın heyətində sənədlərinə uyğun olmayan futbolçunun meydanda olması ilə bağlı müvafiq qurumlara şikayət etməsi barədə məlumatlar yayılıb. Azerisport.az xəbər verir ki, “Bakı” rəhbərliyi bu məlumatları və futbolçusunun “lipa” olması haqda yayılan iddiaları təkzib edib:
"Bakı" futbol klubu Orxan Əsədovla bağlı yayılan xəbərlərin həqiqətə uyğun olmadığını bildirir və bunun rəsmi sənədlərlə sübut edir”.
