19 fevral 2011 17:17
Arif Əsədov: 3 xal üçün gəlmişdik
“Neftçi”nin baş məşqçisi Arif Əsədov bu gün keçirilən Premyer Liqanın “Simurq”la səfər oyunu haqda fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı Zaqatalada qazanılan 3:0 hesablı qələbədən sonra bunları dilə gətirib:
“Bura 3 xal üçün gəlmişdik. Ötən tur “Xəzər Lənkəran”la oyunda heç-heçə etdik, 2 xal itirdik. “Simurq”la oyunda qalib gəlmək bizə çox vacib idi. Qalib gəldikləri üçün komandamı təbrik edirəm”.
