19 fevral 2011 17:23
Haciyevski: Zamana ehtiyacları var
“Simurq”un baş məşqçisi Qyoko Haciyevski bu gün keçirilən Premyer Liqanın 21-ci turunun “Neftçi” ilə ev oyunu haqda fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, Zaqatala klubunun makedoniyalı çalışdırıcısı azarkeşlərinin gözü qarşısında qeydə alınan darmadağının (0:3) səbəbini belə izah edib:
”Neftçi” bu gün çox baxımlı oyun göstərdi. Komandamıza qış transfer dövründə yeni oyunçular cəlb etmişik, onların uyğunlaşmaq üçün zamana ehtiyacları var. Bu oyuna yaxşı hazırlaşmışdıq, daha yaxşı nəticələr göstərə bilərik. “Neftçi”yə çempionluq uğrunda mübarizədə uğurlar arzu edirəm”.
