19 fevral 2011 17:32
Şensoy ilk yenilgiyə görə Əliyevi günahlandırdı: o, hakimlikdən getməlidi
“Turan”ın baş məşqçisi Naci Şensoy köhnə-yeni komandasında aldığı ilk məğlubiyyətdən – “Bakı”yla oyundan sonra fikirlərini dilə gətirib. Azerisport.az xəbər verir ki, Tovuz klubunun çalışdırıcısı doğma meydanda minimal hesabla uduzduqları görüşlə bağlı bunları söyləyib:
“Bu gün biz ona görə uduzduq ki, əlimizə düşən şanslarımızdan yararlana bilmədik. Gələcəkdə artıq buna çox ciddi yanaşmaq lazımdı. Bu qədər vəziyyət yaradıb, onlardan yararlanmamaq bizə həmişə belə baha başa gələ bilər.
Vüsal Əliyevin idarəçiliyinə gəlincə, o, hakimliyi qurtarsa daha yaxşı olar. Siz özünüz də gördünüz ki, iki oxşar epizodla bağlı tam fərqli qərarlar verdi. Bizim oyunçuya eyni qayda pozuntusuna sarı vərəqə verən hakim, “Bakı”nın futbolçusunu şifahi xəbərdarlıq etməklə bağışlayır”.
