19 fevral 2011 17:46
Starkov ilk qələbəsindən danışdı
“Bakı”nın baş məşqçisi Aleksandr Starkov bu gün keçirilən Premyer Liqanın 21-ci turunun “Turan”la səfər oyunu haqda fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, paytaxt klubunun latviyalı çalışdırıcısı Tovuzda qazanılan minimal hesablı qələbədən sonra bunları dilə gətirib:
“Meydança pis vəziyyətdə idi. Bu üzdən hücumlarda uyğunluq çatışmırdı. Hava şəraiti də oyun üçün əlverişli deyildi. Oyunumuz çətin alındı, lakin futbolçularımdan razı qaldım. Burada heç kim asan qalib gələ bilməz. Çünki rəqib də bizə çətin anlar yaşatdı. Ümumiyyətlə, “Turan” yaxşı komandadı. Onlara növbəti oyunlarda uğurlar arzulayıram”.
