19 fevral 2011 19:46
“Qol epizodlarından istifadədə çatışmazlıqlarımız var”
Son ölkə çempionu "İnter"in baş məşqçisi Kaxaber Sxadadze Premyer Liqanın 21-ci turunun MOİK-lə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının 4:0 hesablı qələbəsindən sonra bunları dilə gətirib:
"Gözəl qələbə oldu. Oyunda sürət var idi, baxımlı oyun oldu. Qarşılaşmaya yaxşı hazırlaşmışdıq. Oyunun təşkili baxımından da daha yaxşı görünürdük. Bu qarşılaşmada 3 xal bizə lazım idi. Qalib gəldiyimiz üçün sevinirik. Lakin yenə də qol epizodlarından istifadə etməkdə çatışmazlıqlarımız var. MOİK ilk dövrə ilə müqayisədə daha yaxşı oynayır. Gənc oyunçuları istəkli idilər, lakin təcrübəsizlik özünü göstərdi".
