19 fevral 2011 19:50
MOİK-in futbolçuları cəzalandırılacaq
MOİK-in baş məşqçisi Ramil Əliyev Premyer Liqanın 21-ci turunun “İnter”lə oyununda qeydə alınan darmadağının səbəblərini izah edib. Azerisport.az xəbər verir ki, o, komandasının 4 cavabsız qolla yenildiyi görüşlə bağlı bunları dilə gətirib:
“İnter”i “Birlik Kuboku”nda qazanılan qələbə ilə təbrik edirəm. Bugünkü oyunda səviyyə fərqi özünü göstərdi. Biz Premyer Liqada qalmaq uğrunda mübarizə aparırıq. Qapımıza vurulan ilk qoldan sonra komandada oyun intizamı pozuldu. Bəzi futbolçulardan çox narazı qaldım, onlara cəza tətbiq ediləcək. Premyer Liqada qalmaq üçün sonadək mübarizə aparacağıq”.
