19 fevral 2011 21:27
Yığma komandamız Gürcüstana dəvət olundu
Bu gün 17 yaşadək qızlardan ibarət Azərbaycan və Gürcüstan yığma komandaları arasında keçirilmiş yoldaşlıq oyunundan sonra yığmamızın baş məşqçisi Sissi Rayt və rəqib komandanın çalışdırıcısı Geronti Naçxediya matçla bağlı fikirlərini bildiriblər. Azerisport.az xəbər verir ki, onlar qolsuz tamamlanan görüşdən sonra bunları söyləyiblər:
Sissi Rayt: “Yeni yaranmış komanda üçün belə beynəlxalq oyunların keçirilməsi çox yaxşı haldı. Qarşılaşmanın gedişində xeyli ötürmə səhvlərinə yol verdik. Fiziki cəhətdən də problemlərimiz var. Qısa zaman ərzində çatışmazlıqları aradan qaldırmağa çalışacağıq”.
Geronti Naçxediya: “Bu gün ilk oyunla müqayisədə daha yaxşı oynadıq. Bərabərsəviyyəli mübarizənin şahidi olduq. Hər iki komanda yeni yarandığı üçün kifayət qədər səhvə yol verir. Qarşıda görüləcək işlərimiz çoxdu. Bizə yaratdığı şəraitə görə AFFA-ya minnətdarlığımızı bildiririk. Qısa zamanda komandanızı vətənimizdə görmək istəyirik”.
