19 fevral 2011 21:33
Vəli Qasımov: Bu, bizə dərs olacaq
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ilə İsveçrənin “Basel” klubunun əvəzedici komandası arasında bu gün keçirilmiş yoldaşlıq oyunundan sonra yığmamızın baş məşqçisi Vəli Qasımov matçla bağlı fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, komandamızın məğlubiyyəti ilə nəticələnən görüşdən sonra baş məşqçi bunları dilə gətirib:
“Bu gün komandamız pis oynadı. İndiyədək belə zəf oyunun şahidi olmamışdım. Bunun da öz səbəbləri var. Birinci hissədə komandaya yeni qoşulan uşaqları sınaqdan keçirdik. İkinci hissədə heyətdə dəyişiklik etdik, lakin oyunda dönüş yarada bilmədik. Bu məğlubiyyət bizə dərs olacaq”.
