19 fevral 2011 17:51
Bakı altılığa döndü, Neftçi və İnter`dən darmadağın (YENİLƏNİB)
Bu gün Premyer Liqanın 21-ci turunun oyunlarına start verilib. Azerisport.az xəbər verir ki, çempionatın birinci mərhələsinin sondan əvvəlki turunun ilk oyun günündə 3 qarşılaşma baş tutub.
Baş tutan bütün qarşılaşmaların nəticəsi, oyunlarda baş verən məqamlar və turnir cədvəlindəki son durumla tanış ola bilərsiz.
Premyer Liqa
21-ci tur
19 fevral (şənbə)
TURAN - BAKI - 0:1 (0:1)
Qol: Jaba, 8.
Hakimlər: Vüsal Əliyev, Coşqun Həsənov, Elman Musayev, Əliyar Ağayev.
Tovuz. Şəhər stadionu.
Matç başladı
"Bakı" oyuna daha çox nəzarət edir
Jaba hesabı açmaqla, erkən qola imza atır - 0:1
"Bakı" hücumlarını davam etdirir, belə başlanğıc gözləməyən "Turan" isə şokdadı
Meydan sahibləri rəqib qapısı qarşısında təhlükəli vəziyyətlər yaratmaqda çətinlik çəkir ki, buna da qonaqların inamlı çıxışı mane olur
"Bakı" daha üstün oyun sərgiləyir
Jabanın daha bir təhlükəli zərbəsi qapıdan azca yan keçir
Birinci hissə başa çatdı
İkinci hissə başlayır və yenə "Bakı" meydan sahiblərinə nisbətən daha üstün görünür
Nəhayət ki, "Turan" birdən-birə qonaqların qapısı önündə 3 ardıcıl qol vəziyyəti yaradır, lakin heç birindən yararlana bilmir
Jaba yaxşı imkana malik olsa da, zərbəsi dəqiq olmur
"Turan" məğlubiyyətdən qaçmaq üçün bütün komandayla irəli atılsa da, "Bakı" da müdafiə olunmağa çalışır və əks-hücumlara bel bağlayır
Tovuzluların bütün cəhdlərinə rəğmən, matç "Bakı"nın minimal hesablı qələbəsiylə başa çatır
SİMURQ - NEFTÇİ - 0:3 (0:2)
Qollar: Rəşad Abdullayev, 11 (0:1) Ruslan Abışov, 22 (0:2), Flavinyo, 53 (0:3).
Hakimlər: Elçin Məmmədov, Mehman Mahmudov, Aydın Ələkbərov, Teymur Fərhadov.
Zaqatala. Şəhər stadionu.
Oyun başladı
"Neftçi" ilk dəqiqələrdən daha fəaldı. Rəşad Abdullayevin cərimə zərbəsindən sonra top qapının üstündən keçir
"Neftçi"nin daha bir həmləsi təhlükəli alınır. Bu dəfə Ruslan Abışovun yerinə yetirdiyi cərimə zərbəsindən sonra top qapının yanından keçir
Hesab açılır. Flavinyonun ötürməsindən sonra Rəşad Abdullayev dəqiq zərbə ilə toru silkələyir - 0:1
"Neftçi" qoldan sonra da oyuna tam nəzarət edir. Cavid İmamverdiyev qol şansını qaçırır
Qonaqlar fərqi artırır. Künc zərbəsindən ötürülən topu Bahodir Nasimov öz növbəsində Ruslan Abışova atdı, o isə dəqiq zərbə ilə hesabı 0:2-yə çatdırdı
26-cı dəqiqədə Cavid İmamverdiyev növbəti dəfə qol epizodundan yararlana bilmir
30-cu dəqiqədə "Simurq" oyun ərzində ilk dəfə təhlükəli vəziyyət yaradır. Samir Əliyevin zərbəsindən sonra Rauf Mehdiyev topu tutur
41-ci dəqiqədə Ruslan Abışov sarı vərəqə ilə cəzalandırılır
"Simurq" əks-hücumlar qurmağa çalşır
"Neftçi" daha bir qol şansını qaçırır. Flavinyonun zərbəsindən sonra top qapının yanından keçir
Birinci hissə başa çatır
İkinci hissə başlayır
46-cı dəqiqədən etibarən Cavid İmamverdiyevin əvəzinə meydanda "Neftçi"nin son transferi Rodriqinyo mübarizə aparır. Bu, braziliyalı futbolçunun "ağ-qara" formada ilk rəsmi oyunudu
Flavinyo "Neftçi"nin 3-cü qolunu vurmaqla, rəqibin darmadağınını rəsmiləşdirir - 0:3
56. "Neftçi"də Mirhüseyn Seyidovu daha bir yeni futbolçu Yasin Hima əvəzləyir. Rodriqinyo kimi, o da debüt matçına çıxır
62. Slavko Georgiyevskinin uzaq məsafədən zərbəsi dəqiq alınmır
68. Nasimovun ötürməsindən sonra Rəşad topa toxuna bilmir
Samir Əliyevin başla zərbəsindən sonra top qapının yanından keçir. 2 dəqiqə sonra onun daha bir zərbəsini Mehdiyev zərərsizləşdirir
75. Flavinyonun əvəzinə meydana Ruslan Qurbanov daxil olur
80. "Simurq"un hücumu zamanı Samir Əliyevin zərbəsinin qarşısını əvvəlcə Rauf Mehdiyev, daha sonra isə qapı tiri alır
82. "Neftçi" 4-cü qolu vura bilərdi, amma Rəşad Abdullayev təkbətək çıxdığı epizoddan yararlana bilmir
83. Vasif Əliyevin zərbəsindən sonra Rauf Mehdiyev topu tutur
85. Rauf Samir Musayevin başla qol vurmasına imkan vermir
89. Rəşad Abdullayevin zərbəsi dəqiq olmur
Matç "Neftçi"nin 3:0 hesablı səfər qələbəsiylə başa çatır
MOİK - İNTER - 0:4 (0:2)
Qol: Dmitri Kruqlov, 40 (0:1), David Obikadze, 45 (0:2), İlia Kandelaki, 79 (0:3), Vladimir Levin, 80 (0:4).
Hakimlər: Rauf Cabbarov, İsgəndər Əliyev, Zeynal Zeynalov, Alik Yunusov.
Bakı. "Şəfa" stadionu.
Oyun başlayır
"İnter" oyuna daha fəal başlayıb və üstünlüyü ələ alıb
Çertoqanovun zərbəsi qapıdan azca yan keçir
"İnter" oyuna nəzarət etməklə yanaşı, təmkinli görünür və hücuma atılmağa tələsmir
Karlsonsun zərbəsi hədəfdən yan keçir
Kruqlov 40-cı dəqiqədə dəqiq zərbə ilə hesabı açır - 0:1
45. David Obikadze fərqi artırır - 0:2
Birinci hissə başa çatır
İkinci hissə başlayır
Obikadzenin daha bir qol vurmaq şansı olsa da, dəyərləndirə bilmir
MOİK rəqibi qarşısında demək olar ki, ciddi heç bir təhlükə yarada bilmir
Karlsonsun zərbəsi dəqiq olmur
"İnter" oyuna tam nəzarət edir
İlia Kandelaki rəqibin qapısından üçüncü qolu keçirməklə, darmadağını rəsmiləşdirir - 0:3
Cəmi 1 dəqiqə sonra Levin hesabı rüsvayçı həddə çatdırır - 0:4
Oyun son çempionun 4 cavabsız qollu qələbəsiylə başa çatır.
Qeyd edək ki, bu turun digər qarşılaşmaları isə sabah keçiriləcək: Gəncə - Qarabağ, Muğan - Qəbələ, Xəzər Lənkəran – AZAL.
|
1
|
Neftçi
|
21
|
13
|
6
|
2
|
39-9
|
45
|
|
2
|
Xəzər Lənkəran
|
20
|
12
|
5
|
3
|
23-10
|
41
|
|
3
|
İnter
|
21
|
12
|
4
|
5
|
23-13
|
40
|
|
4
|
Qarabağ
|
20
|
11
|
3
|
6
|
24-13
|
36
|
|
5
|
AZAL
|
20
|
9
|
8
|
3
|
26-14
|
35
|
|
6
|
Bakı
|
21
|
9
|
5
|
7
|
28-21
|
32
|
|
7
|
Qəbələ
|
20
|
8
|
6
|
6
|
19-13
|
30
|
|
8
|
Gəncə
|
20
|
5
|
8
|
7
|
23-26
|
23
|
|
9
|
Muğan
|
20
|
5
|
6
|
9
|
12-23
|
21
|
|
10
|
Turan
|
21
|
3
|
6
|
12
|
16-30
|
15
|
|
11
|
Simurq
|
21
|
2
|
6
|
13
|
12-33
|
12
|
|
12
|
MOİK
|
21
|
1
|
3
|
17
|
6-46
|
6
|
Bombardirlər: Bahodir Nasimov (Neftçi) – 15, Junivan Suares (Gəncə), Qvidas Yuska (AZAL) – 9, Deon Barton (Qəbələ), Rauf Əliyev (Qarabağ) – 8, Georgi Adamiya (Qarabağ) – 7.
