19 fevral 2011 11:52

“Qarabağ XL-ı məğlub etdisə, deməli, biz də bacararıq”

AZAL-ın qapıçısı Cahangir Həsənzadə azerisport.az saytına müsahibəsində sabah baş tutacaq “Xəzər Lənkəran”la oyun və ilk altılığa düşmək şanslarını dəyərləndirib.
 
- “Gəncə” ilə oyunda arzulamadağınız heç-heçəyə razılaşmalı oldunuz. Şanslarınız azalmayıb?
- Xeyr. Şanslarımız azalmayıb. Biz bura qədər belə yüksək səviyyəli çıxış etmişiksə, məncə lazımı 1 xalı toplamaqda elə də çətinlik çəkmərik. Fikrimcə, istəyimizə nail olacağıq.
 
- Ancaq buna “Xəzər Lənkəran” və “Bakı” ilə oyunlarda nail olmalısız...
- Mən bu komandalar haqda xüsusi danışmaq istəməzdim. Axı biz də onlarla eyni sırada yer alırıq. Gördüyünüz kimi, onlardan heç zəif deyilik. Biz paytaxt klubunu 6 xal qabaqlayırıq. Qoy onlar həlledici mərhələyə necə düşməli olacaqlarını düşünsünlər.
 
- Amma sizə də növbəti mərhələyə vəsiqəni təmin etmək üçün 1 xal vacibdi...
- Bu, o demək deyil ki, biz son iki oyunda ancaq 1 xal üçün mübarizə aparacağıq. Biz son vaxtlar pisləşdirdiyimiz xal ehtiyatımızı yaxşılaşdırmaq istəyirik.
 
- Bu baxımdan ən böyük üstünlük sizi üçün Lənkəranda qələbə qazanmaq olar...
- Hamı bilir ki, AZAL güclü komandalara qarşı yaxşı, zəif rəqiblərlə görüşdə isə zəif oyun sərgiləyir. XL yaxşı komandadı. Ötən illə müqayisədə bu komanda çox dəyişib. Bizə çox çətin olacaq. Ancaq Lənkərana ən azı uduzmamağa gedirik. Əgər “Qarabağ” XL-ı məğlub etməyi bacarıbsa, deməli, biz də bacararıq.
 
- Siz Lənkərandan qələbəylə dönməyi düşünürsüz?
- Niyə də yox? Yaxşı oyun sərgiləsək, nəticə özü gələcək. Biz heç də ora 1 xal dalınca getmirik.
 
- Bu həftə XL və AZAL arasında danışıqlara gediləcəyinə dair çoxlu söhbətlər dolaşdı. Guya indi rəqibiniz sizə vacib 1 xal verəcək, həlledici mərhələdə isə siz onların borcunu qaytaracaqsız...
- Belə iyrənc sazişə inanmıram. Biz XL-ın bizə xal bağışlamasına ehtiyac duymuruq. Heç rəqib də bizim onlara xal bağışlamağımızı arzulamaz.
 
- Böyük karyeraya maliksiz. Azərbaycan çempionatında belə razılaşmaların şahidi olmusuzmu?
- Mən bu haqda danışmaq istəmirəm.
 
- Yeri gəlmişkən, siz Lənkəranda uduzsaz, “Bakı” isə “Turan”ı yensə, sizin “zolaqlılar”la gələn turdakı görüşünüz final xarakteri daşımış olacaq...
- Prinsipcə, mən də belə düşünürəm ki, hər şeyə son turda aydınlıq gəlmiş olacaq. Ancaq istənilən halda biz hər bir şansımızdan maksimum yararlanmalıyıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.