22 fevral 2011 00:01
Türkiyə çempionatı: Liderdən əzmkar qələbə (YENİLƏNİB)
Türkiyə Superliqasında 22-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, hesabat turunun ilk oyun günündə cəmi 1 qarşılaşma baş tutub.
Turun açılış oyununda millimizin kapitanı Rəşad Sadıqovun yenicə ayrılıb gəldiyi “Eskişehirspor” doğma meydanda “Sivasspor”la qarşılaşıb. Qarşılaşmanın heç-heçə bitəcəyi gözlənilsə də, məhz son saniyələrdə meydan sahiblərinin vurduğu qələbə qolu, növbəti 3 xalın qazanılmasına səbəb olub.
İkinci oyun günündə isə ən diqqətçəkən məqamlardan biri son çempion "Bursaspor"un doğma meydanda "Gaziantepspor" tərəfindən sözün əsl mənasında biabır edilməsi olub. Cari mövsümün uğursuzlarından olan "Galatasaray" isə doğma meydanda "Bucaspor" üzərində minimal hesablı qələbəyə sevinib.
Üçüncü oyun günü isə daha çox derbiylə əlamətdar olub. Doğma meydanda "Fenerbahçe"ni qəbul edən "Beşiktaş" bu oyunda da məğlubiyyətlə üzləşib. Halbuki, 63-cü dəqiqədə Ferrarinin meydandan qovulmasına kimi, belə nəticənin qeydə alınacağı inandırıcı görünmürdü.
Nəhayət, turun qapanış matçında səfərdə "Manisaspor"un qonağı olan "Trabzonspor" əzmkar qələbə sayəsində liderliyini qoruyub.
Türkiyə Superliqası
22-ci tur
18 fevral
Eskişehirspor – Sivasspor – 2:1
Qollar: Özbayraktar, 16, Pele, 90+3 – Dieqo, 19-öz qapısına.
19 fevral
Kasımpaşa - Ankaragücü - 2:1
Qollar: Varela, 66, Çolak, 73 - Tekke, 83-pen.
Bursaspor - Gaziantepspor - 1:4
Qollar: Nounkeu, 34 - Vaqner, 23, Ayhan, 31, Tosun, 62; 75.
Genclerbirliği - Karabükspor - 2:3
Qollar: Mununqa, 17, Tçani, 90-öz qapısına - Parlak, 22-pen; 90, Özdin, 49.
Galatasaray - Bucaspor - 1:0
Qol: Kulio, 77.
20 fevral
Kayserispor - Antalyaspor - 2:0
Qollar: Kujoviç, 90; 90+2.
Konyaspor - İstanbul BB - 0:0
Beşiktaş - Fenerbahçe - 2:4
Qollar: Ekrem, 44, Toraman, 50 - Necib, 5-öz qapısına, Aleks, 65-pen; 72; 75.
21 fevral
Manisaspor - Trabzonspor - 1:2
Qollar: Dikson, 12 - Ümit Bulut, 23, Alanzinyo, 86.
| 1 | Trabzonspor | 22 | 15 | 5 | 2 | 46 | - | 16 | 50 |
| 2 | Fenerbahce | 22 | 15 | 3 | 4 | 52 | - | 24 | 48 |
| 3 | Bursaspor | 22 | 13 | 6 | 3 | 38 | - | 18 | 45 |
| 4 | Kayserispor | 22 | 12 | 6 | 4 | 29 | - | 17 | 42 |
| 5 | Gaziantepspor | 22 | 10 | 7 | 5 | 24 | - | 17 | 37 |
| 6 | Besiktas | 22 | 9 | 5 | 8 | 34 | - | 27 | 32 |
| 7 | Eskisehirspor | 22 | 8 | 8 | 6 | 24 | - | 23 | 32 |
| 8 | Galatasaray | 22 | 10 | 2 | 10 | 25 | - | 26 | 32 |
| 9 | Manisaspor | 22 | 10 | 1 | 11 | 35 | - | 34 | 31 |
| 10 | Istanbul BB | 22 | 9 | 3 | 10 | 27 | - | 24 | 30 |
| 11 | Karabukspor | 22 | 8 | 5 | 9 | 35 | - | 37 | 29 |
| 12 | Ankaragucu | 22 | 6 | 7 | 9 | 29 | - | 37 | 25 |
| 13 | Antalyaspor | 22 | 6 | 7 | 9 | 21 | - | 30 | 25 |
| 14 | Genclerbirligi | 22 | 6 | 6 | 10 | 21 | - | 33 | 24 |
| 15 | Bucaspor | 22 | 4 | 6 | 12 | 17 | - | 32 | 18 |
| 16 | Konyaspor | 22 | 3 | 7 | 12 | 19 | - | 33 | 16 |
| 17 | Sivasspor | 22 | 3 | 7 | 12 | 22 | - | 41 | 16 |
| 18 | Kasimpasa | 22 | 3 | 5 | 14 | 20 | - | 49 | 14 |
