19 fevral 2011 00:08

Yeni xoşbəxt(lər) kim olacaq?

Bu gün Premyer Liqanın 21-ci turunun oyunlarına start veriləcək. Azerisport.az xəbər verir ki, çempionatın birinci mərhələsinin sondan əvvəlki turunun ilk oyun günündə 3 qarşılaşma baş tutacaq.
 
Turun açılış oyunu Tovuzda yerli “Turan” və “Bakı” komandaları arasında baş tutacaq. İlk altılıq uğrunda mübarizə aparan paytaxt təmsilçisi təsnifat mərhələsinin son turlarında maksimum nəticə qazanmaq məcburiyyətindədi. Lakin, hər bir komanda üçün çətin səfər oyunu olan “Turan”la qarşılamaya “Bakı” itkilərlə çıxacaq. Ölkə kubokunun qalibi vacib qarşılaşma öncəsi zədə səbədindən Adnan Barakat, Aleksandar Soliç, Ernad Skuliç, Stefan Borbikoni və Rafael Əmirbəyovun xidmətindən məhrum olub.
 
Əvəzində baş məşqçi Naci Şensoyun gəlişindən sonra daha da inamlı təsir bağışlayan “Turan” yerli azarkeşlərini qələbə ilə sevindirmək əzmindədi. Qələbə Tovuz təmsilçisini təhlükəli zonadan bir qədər uzaqlaşdıra da bilər. Odu ki, tovuzlular paytaxt təmsilçisinin çətin durumda olmasından istifadə edə bilər. Belədə, “Turan”ın “zolaqlılar”ı ilk altılıqdan tam kənar qoyması da mümkündü.
 
Günün digər iki oyununda isə liderlər qurupunda yer alan komandalar turnir cədvəlinin autsayderləri ilə qarşılaşacaq. Zaqatalada yerli “Simurq” Premyer Liqanın hazırkı lideri “Neftçi”ni qəbul edəcək. Ötən tur “Xəzər Lənkəran”la həlledici matçda xal itkisiylə üzləşən “ağ-qaralar” zirvədəki mövqeyini qorumaq üçün bu dəfə qələbə qazanmağa borcludu. Qyoko Haciyevskili Zaqatala klubu isə, elitada qalmaq üçün qışda heyətinə qatdığı təcrübəli futbolçuların xidmətindən maksimum yararlanmalıdı. Baxmayaraq ki, “Neftçi”dən icarəyə götürülən Fərid Quliyevin çıxışı qarşılıqlı razılığa əsasən baş tutmayacaq.
 
Son ölkə çempionu “İnter” isə öz stadionunda (“Şəfa”) MOİK-in qonağı (!) olacaq. Hər halda ötən tur AZAL-ın xal itkisindən maksimum yararlanıb üçüncü pilləyə qalxan “bankirlər”in bu üstünlüyünü autsayderlə görüşdə əldən verəcəyi inandırıcı görünmür. Axı “hərbçilər” əvvəlki turda əsas rəqiblərindən olan “Turan”a uduzdusa, “Birlik Kuboku”nun qalibinə qarşı görüşdə nəyə ümid edə bilər?
 
21-ci turun qalan 3 görüşü isə bazar günü keçiriləcək. Günün ilk oyununda ötən tur ilk altılıqdakı yerini təmin etməyi bacaran “Qarabağ” Gəncədə eyniadlı komandanın qonağı olacaq. Ağdam təmsilçisi heç də asan səfərlərdən olmayan Gəncədə bir sıra futbolçularının xidmətindən yararlana bilməyəcək. Belə ki, Devran Ayhan, Maksim Medvedev və Aftandil Hacıyev zədə üzündən bu tur meydana çıxmayacaq. Ötən tur AZAL-a böyük zərbə vuran “Gəncə” isə bu dəfə azarkeşlərinin gözü qarşısında qələbə qazanmağa çalışacaq.
 
“Qarabağ”ın ötən tur 3 cavabsız qolla məğlub edib, çətin vəziyyətə saldığı “Qəbələ” isə Salyana səfər etməli olsa da, yenə Bakıya gələcək. Çünki bu komandanın hesabat turundakı rəqibi “Muğan” hazırda ev oyunlarını “Şəfa”da keçirir. Toni Adamsın komandası ilk altılıqdakı yerini qorumaq üçün salyanlılarla qarşılaşmadan 3 xalla ayrılmağa borcludu. İlk dövrədə rəqibinə 2 cavabsız qolla məğlub olan “Muğan” isə ötən tur səfərdə “Bakı”ya böyük zərbə vurub.
 
Nəhayət, hesabat turuna Lənkəranda yerli “Xəzər Lənkəran”la AZAL arasındakı qarşılaşmayla yekun vurulacaq. Turnir cədvəlində lider “Neftçi”dən 1 xal geri qalan “Xəzər Lənkəran” doğma meydanda yalnız bir qarşılaşmada məğlub olub (1:2, “Qarabağ”). İlk dövrənin oyununda AZAL klubuna Elvin Beqirinin son dəqiqələrdə vurduğu qolla qalib gələn “Xəzər Lənkəran”ın heyətində oyun öncəsi zədəli və ya cəzalı futbolçu yoxdu.
 
Hər iki komanda qış transfer dövründə heyətinə yeni futbolçuları cəlb etməklə daha da güclənib. Qeyd edək ki, təsnifat mərhələsinin cari turuna tam heyətlə hazırlaşan paytaxt təmsilçisi son 5 oyunda 4 heç-heçə və 1 məğlubiyyətlə 5-ci pilləyədək geriləyib. İndi Nazim Süleymanovun komandası bu uğursuz gedişə cənub təmsilçisiylə çətin görüşdə son qoymalıdı. Ancaq Lənkəranda keçirilən oyunlarda heç vaxt qələbə qazana bilməyən “təyyarəçilər”in bu dəfə hansısa sensasiyaya imza atması o qədər də inandırıcı görünmür.
 
Premyer Liqa
21-ci tur
19 fevral (şənbə)
 
Turan - Bakı
Hakimlər: Vüsal Əliyev, Coşqun Həsənov, Elman Musayev, Əliyar Ağayev.
AFFA nümayəndəsi: Vaqif Məmmədov.
Haim-inspektor: Əhmədağa Cabbarov.
Tovuz. Şəhər stadionu. Saat 14:00.
 
Simurq - Neftçi
Hakimlər: Elçin Məmmədov, Mehman Mahmudov, Aydın Ələkbərov, Teymur Fərhadov.
AFFA nümayəndəsi: Rauf Hüseynli.
Hakim-inspektor: Fazil Mürşüdov.
Zaqatala. Şəhər stadionu. Saat 15:00.
 
MOİK - İnter
Hakimlər: Rauf Cabbarov, İsgəndər Əliyev, Zeynal Zeynalov, Alik Yunusov.
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Səfər Haşımov.
Bakı. "Şəfa" stadionu. Saat 16:00.
 
20 fevral (bazar)
 
Gəncə - Qarabağ
Hakimlər: Anar Salmanov, Mübariz Haşımov, Vaqif Musayev, Hacıəli Ağayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Gəncə. Şəhər stadionu. Saat 13:00.
 
Muğan - Qəbələ
Hakimlər: Əfqan Həmzəyev, Yaşar Abbasov, Aleksandr Musatkin, Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Xaqani Məmmədov.
Bakı. "Şəfa" stadionu. Saat 15:00.
 
Xəzər Lənkəran - AZAL
Hakimlər: Fariz Yusifov, İlham Əliyev, Eldar Nağıbəyov, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Murad Məmmədov.
Lənkəran. Şəhər mərkəzi stadionu. Saat 17:30.
 
1
Neftçi
20
12
6
2
36-9
42
2
Xəzər Lənkəran
20
12
5
3
23-10
41
3
İnter
20
11
4
5
19-13
37
4
Qarabağ
20
11
3
6
24-13
36
5
AZAL
20
9
8
3
26-14
35
6
Qəbələ
20
8
6
6
19-13
30
7
Bakı
20
8
5
7
27-21
29
8
Gəncə
20
5
8
7
23-26
23
9
Muğan
20
5
6
9
12-23
21
10
Turan
20
3
6
11
16-29
15
11
Simurq
20
2
6
12
12-30
12
12
MOİK
20
1
3
16
6-42
 6
 
Bombardirlər: Bahodir Nasimov (Neftçi) – 15, Junivan Suares (Gəncə), Qvidas Yuska (AZAL) – 9, Deon Barton (Qəbələ), Rauf Əliyev (Qarabağ) – 8, Georgi Adamiya (Qarabağ) – 7.

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.