19 fevral 2011 12:43
Emin Ağayevin Anji`dəki vəzifəsi dəqiqləşdi
Millimizin sabiq üzvlərindən olan Emin Ağayevin Rusiya Premyer Liqasında çıxış edən “Anji” klubundakı vəzifəsi müəyyənləşib. Azerisport.az xəbər verir ki, Mahaçqala klubunda müxtəlif vəzifələrdə yer alacağı gözlənilən yığmamızın sabiq üzvü yeni komandasında seleksiyaçı-məşqçi funksiyasını yerinə yetirəcək.
Maraq üçün bildirək ki, Mahaçqala klubunda millimizin sabiq baş məşqçisi Vaqif Sadıqov da Hacı Hacıyevin əsas köməkçisi vəzifəsini yerinə yetirir. Mahir Şükürov isə bu komandanın şərəfini qoruyur.
