19 fevral 2011 16:57
Yığmamız gürcülərdən qisas ala bilmədi (YENİLƏNİB)
Bu gün “Bakı” FK-nın təlim-məşq bazasının meydançasında 17 yaşadək qızlardan ibarət Azərbaycan və Gürcüstan yığma komandaları arasında yoldaşlıq oyunu keçirilib. Azerisport.az xəbər verir ki, qarşılaşma qolsuz heç-heçə başa çatıb.
Maraq üçün xatırladaq ki, 2 gün öncə bu komandalar arasında baş tutan ilk sınaq matçında gürcülər qələbə qazanmışdı – 1:0. Komandamız həmin məğlubiyyətin əvəzini çıxmağa borclu olsa da, buna nail ola bilməyib.
