20 fevral 2011 15:14
Ölkə çempionatının daha bir oyunu təxirə salındı
Azərbaycan birinci divizionunun 15-ci turunun daha bir oyunu təxirə salınıb. Azerisport.az xəbər verir ki, bu günə nəzərdə tutulan "Ədliyyə" - "Karvan" oyunu başqa tarixə keçirilib.
Qeyd edək ki, Peşəkar Futbol Liqası bu görüşün təxirə salınmasının səbəbi kimi "Ədliyyə" klubundakı təşkilati işləri əsas gətirib.
Maraq üçün xatırladaq ki, 15-ci turunun dünənə nəzərdə tutulan “Bakılı” – “Şəmkir” görüşü də qonaq komandanın futbolçularından Hacıyev Tural Taleh oğlunun qəfil vəfatı səbəbindən başqa tarixə keçirilib.
