20 fevral 2011 15:43
Qurbanov: Burada heç bir komanda rahat qalib gələ bilməz
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bu gün Premyer Liqanın 21-ci turunun “Gəncə” ilə səfər oyunundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, minimal hesabla qalib gəldikləri görüşdən sonra Ağdam klubunun çalışdırıcısı bunları dilə gətirib:
“Oyundan qabaq da demişdim ki, bu oyun "Qəbələ" ilə oyundan 2-3 dəfə ağır olacaq. Burada heç bir komanda rahat qalib gələ bilməz. "Gəncə" klubu əvvəlki oyunlarda da yaxşı nəticə göstərmişdi. Bizim üçün çox vacib olan 3 xalı qazandıq, qalib gəldik. Komandam sonadək mübarizə apardı, çatışmazlıqlar olsa da, qələbə qazandığımız üçün futbolçularımı təbrik edirəm. "Gəncə" klubuna uğurlar arzulayıram, inanıram ki, gələcəkdə daha da yaxşı oyun göstərib azarkeşlərini sevindirəcəklər".
