20 fevral 2011 15:48
İsmayılov: Komandam 90 dəqiqə yaxşı mübarizə apardı
"Gəncə"nin baş məşqçisi Fuad İsmayılov bu gün Premyer Liqanın 21-ci turunun “Qarabağ”la ev oyunundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, minimal hesabla məğlub olduqları görüşdən sonra Gəncə təmsilçisinin çalışdırıcısı bunları dilə gətirib:
“Qarabağ” klubunu qələbə münasibəti ilə təbrik edirəm. Məğlub olmağımıza baxmayaraq, komandam 90 dəqiqə yaxşı mübarizə apardı”.
