20 fevral 2011 17:33
Toni Adams: Çox pis oynadıq
“Qəbələ”nin baş məşqçisi Toni Adams Premyer Liqanın 21-ci turunun “Muğan”la səfər oyunununa münasibətini açıqlayıb. Azerisport.az xəbər verir ki, azlıqda qalan rəqibə 0:1 hesabıyla məğlub olan və ilk altılıqdakı mövqeyini itirən, medallar uğrunda mübarizə aparmaq şansını çox azaldan Qəbələ təmsilçisinin ingiltərəli çalışdırıcısı bunları dilə gətirib:
“Birinci hissədə yaxşı oynasaq da, qol vura bilmədik. İkinci hissədə isə çox pis oynadıq. Fasilədən dərhal sonra buraxılan qol matçda həlledici oldu. Heç cür məğlubiyyətdən yaxa qurtara bilmədik. Oyunçularımız rəqibə qarşı daha aqressiv olmalıdılar. Belə olmaz”!
