20 fevral 2011 18:29
“Qəbələ`nin bu oyun sistemi gələcəkdə öz bəhrəsini verəcək”
"Muğan"ın baş məşqçisi Bəhmən Həsənov Premyer Liqanın 21-ci turu çərçivəsində bu gün keçirilən “Qəbələ” ilə oyun haqda fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, Salyan təmsilçisinin çalışdırıcısı 1:0 hesablı qələbə qazandıqları görüşlə bağlı bunları dilə gətirib:
“Komandamı gözəl oyuna görə təbrik edirəm. İkinci hissədə qol vura bildik, qalib gəldik. Toni Adamsa qarşıdakı oyunlarda uğurlar arzulayıram. İnanıram ki, "Qəbələ"nin bu oyun sistemi gələcəkdə öz bəhrəsini verəcək”.
