20 fevral 2011 20:46
“Məğlub olmağımıza baxmayaraq, çox yaxşı mübarizə apardıq”
AZAL-ın baş məşqçisi Nazim Süleymanov bu gün keçirilən Premyer Liqanın 21-ci turunun “Xəzər Lənkəran”la səfər oyunu barədə fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, “təyyarəçilər”in çalışdırıcısı 1:2 hesabıyla uduzduqları görüşdən sonra bunları dilə gətirib:
“Xəzər Lənkəran”ı qələbə münasibəti ilə təbrik edirəm. Oyun çox maraqlı keçdi, həqiqətən də Lənkəranda futbol ab-havası var. Həm satdion, həm də azarleşlər çox gözəl idi. Hərçənd ki, nəticə məni qane etmədi. Bizim qarşımıza qoyulan birinci məqsəd ilk altılığa düşmək idi. İkinci məqsəd isə Avroliqaya vəsiqə qazanmaq idi. Bu oyunla mən uşaqları təbrik etmək istəyirəm, məğlub olmağımıza baxmayaraq, çox yaxşı mübarizə apardıq. Bu oyunda, demək olar ki, bəxtimiz gətirmədi. “Xəzər Lənkəran”a uğurlar arzulayıram”.
