20 fevral 2011 20:51
Rednik: Əsas məqsəd Neftçi`dən aralanmamaq idi
"Xəzər Lənkəran"ın baş məşqçisi Mirça Rednik bu gün keçirilən Premyer Liqanın 21-ci turunun AZAL-la ev oyunu barədə fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, cənubluların rumıniyalı çalışdırıcısı 2:1 hesabıyla qələbə qazandıqları görüşdən sonra bunları dilə gətirib:
“Qələbə qazandığımıza görə sevinirəm. Çünki, qarşımızda yaxşı təşkilatlanmış komanda var idi. Yaxşı komanda yaratdığına görə rəqib komandanın baş məşqçisini təbrik edirəm. AZAL-ın 5-6 oyununu izləmişəm, xüsusilə də son oyununu. Heyətimizə yaxşı oyunçular dəvət etmişik, hələ ki, oyunumuzu tam tutmamışıq. Xətlərarası problemimiz var. Əsas məqsəd "Neftçi"dən aralanmamaq idi, bunun öhdəsindən gəldik. Heyətimizdə belə səviyyəli oyunçuların olması yaxşıdı, bizi irəlidə daha ağır oyunlar gözləyir, bu futbolçulara ehtiyacımız olacaq. Azarkeşlərə stadionda möhtəşəm ab-hava yaratdıqlarına görə təşəkkür edirəm, onların dəstəyi ilə komandamız daha da irəli getməyə çalışacaq. Bu gün AZAL bizə çox problemlər yaratdı, nə "Bakı", nə də "Neftçi" bizə belə problemlər yaratmamışdı".
