20 fevral 2011 19:25
AZAL Lənkərandan xalsız qayıdır, Muğan Bakı ilə Qəbələnin yerini dəyişdi (YENİLƏNİB)
Bu gün Premyer Liqanın 21-ci turunun oyunlarına yekun vurulub. Azerisport.az xəbər verir ki, çempionatın birinci mərhələsinin sondan əvvəlki turunun ikinci oyun günündə də 3 qarşılaşma baş tutub.
Bütün qarşılaşmaların nəticəsi, oyunlarda baş verən məqamlar və turnir cədvəlindəki son durumla tanış ola bilərsiz.
Premyer Liqa
21-ci tur
20 fevral (bazar)
XƏZƏR LƏNKƏRAN - AZAL - 2:1 (1:0)
Qol: Elnur Abdullayev, 45+2 (1:0), Usim Nduka, 57 (1:1), Xristu Kyaku, 78 (2:1).
Hakimlər: Fariz Yusifov, İlham Əliyev, Eldar Nağıbəyov, Elvin Əsgərov.
Lənkəran. Şəhər mərkəzi stadionu.
Oyun başladı
Bu matçın daha prinsipial xarakter daşıyacağı gözlənilsə də, "Muğan"ın "Qəbələ" üzərindəki qələbəsindən sonra AZAL Lənkəranda daha arxayın oynaya bilər
İlk dəqiqələrdən komandalar kəşfiyyat xarakterli hücumlara atılırlar
Qapıya ilk zərbə Mureşandan gəlir, lakin lənkəranlı futbolçunun zərbəsi qeyri-dəqiqdi
Meydan sahibləri erkən qol vurmağa tələsirlər və tez-tez oyundankənar vəziyyətə düşürlər
AZAL-ın cavab zərbəsi Benuahidən gəlsə də, o da dəqiq oynamır
Vobay sol ayağıyla qapının uzaq küncünü dəqiq nişan alsa da, son anda Cahangir Həsənzadə əla reaksiya ilə topu kornerə çıxarır
Oyuna meydan sahibləri nəzarət edir və təhlükəli hücumlar qurmağa çalışır
Hər iki komandada ötürmələr zamanı qarşılıqlı səhvlər diqqət çəkir
AZAL-ın fəallığıyla diqqət çəkən oyunçularından İbekoyinin uzaqdan zərbəsi qapının azca yanından keçir
31-ci dəqiqədə XL qola çox yaxın olsa da, son anda topu tora daxil etmək mümkün olmur
Elnur Abdullayevin uzaqdan zərbəsi çərçivədən azca yan keçir
Vobaydan daha bir təhlükəli zərbə...bəhrəsizdi
Oparanın zərbəsi zamanı Həsənzadə yaxşı oynayır
Nduka Pitsurkanı çox təhlükəli nöqtədə kobudluqla dayandırır
Cərimə zərbəsini Vobay yerinə yetirsə də, top canlı səddən dönür
Elnur Abdullayev zədələnir və həkimlər meydana daxil olur. Lakin o, oyunu davam etdirir
Komandalar artıq fasiləyə çıxmağa hazırlaşdığı vaxtda Elnur Abdullayev uzaqdan möhtəşəm qola imza atır - 1:0
İlk yarı başa çatır
İkinci hissə başladı
AZAL-ın baş məşqçisi Nazim Süleymanov buraxılan qolda günahı olan Mirko Bunyevçeviçin əvəzinə ikinci hissədə Anar Həsənovu buraxır. Halbuki, o qol zamanı qapıçı Həsənzadənin də kobu səhi vaxrdı
Rəqib müdafiəçilərin daha bir səhvi zamanı meydan sahibləri ikinci qolu vura bilərdi. Lakin Həsənzadə onların səhvini bu dəfə sığortalaya bilir
Ndukanın zərbəsi zamanı Bruno Simaoya da toxunan top hesabın bərabərləşməsiylə nəticələnir - 1:1
Katalin Domanın əvəzində Alim Qurbanov meydana daxil olur
Benuahi zədələnir. Lakin meydanın kənarında həkim müayinəsindən sonra geri qayıdır
Emeka Oparanı isə Xristu Kyaku əvəzləyir
"Xəzər Lənkəran" yenidən önə keçmək üçün çoxsaylı cəhdlərini davam etdirsə də, hələ ki, istəyinə çata bilmir
Nduka hakimə etirazlara görə onu sarı vərəqə ilə cəzalandırır
Künc zərbəsi zamanı Elnur Abdullayevin cərimə meydançasına göndərdiyi topu Xristu Kyaku başla tora qovuşdurur - 2:1
Julius Vobay da sarı vərəqə alan futbolçuların siyahısına düşür
Alim Qurbanov da sarı vərəqə alır
AZAL-da Gennadi Bliznyuku Enyo Krastovçev əvəzləyir
XL-da Vobayın əvəzində meydana İbrahima Banqura çıxır
AZAL bütün komandayla irəli atılsa da, meydan sahibləri onların cəhdlərinin qarşısını alır
Mureşan sarı vərəqə alır
Matç başa çatır
GƏNCƏ - QARABAĞ - 0:1 (0:0)
Qol: Adamiya, 72 (0:1).
Hakimlər: Anar Salmanov, Mübariz Haşımov, Vaqif Musayev, Hacıəli Ağayev.
Gəncə. Şəhər stadionu.
Oyun başladı
"Qarabağ"da qapını Fərhad Vəliyev yox, yeni qolkiper Bojan Pavloviç qoruyur ki, bu da onun Ağdam klubunun heyətində milli çempionatımızdakı debüt matçıdı
İlk hücum qonaqlardan gəlsə də, nəticəsiz qalır
Ardından Ansi Aqollinin təhlükəli cinah asmasını meydan sahibləri uzaqlaşdıra bilir
Gəncəlilərin hücumu zamanı qapıya uzaqdan zərbə vurulsa da, yan keçir
"Qarabağ"ın hücumu zamanı Raufa qarşı qayda pozulur
Vüqar Nadirovun cərimə zərbəsi qolla nəticələnmir
"Gəncə"nin hücumu zamanı qapıya zərbəni Pavloviç zərərsizləşdirir
Rauf Əliyevin baş zərbəsi hədəfdən yan keçir
"Qarabağ"ın hücumu.. Aqolli rəqiblərini aldadır, qapıya diğru zərbə, lakin top rəqib oyunçulardan geri qayıdır, Namiq Yusifovun təkrar zərbəsi isə qapının üstündən keçir
Adamiya rəqibi əks hücumda yaxalasa da, Kurtanoviç komandasını real təhlükədən xilas edir
"Gəncə"də erkən əvəzləmə: Vüsal Hüseynovu Samir Zərgərov əvəzləyir
Nedzipiye qarşı qayda pozulur və hakim cərimə zərbəsi təyin edir
Bu dəfə cərimə zərbəsini Rəşad Sadıqov yerinə yetirir, lakin zərbəsi qapının üstündən keçir
Aqolli Ceyhun Sultanova qarşı kobud oyuna görə sarı vərəqə alır
Birinci hissə başa çatır
Ikinci hissə başlayır
Rauf Əliyevin baş zərbəsini Kurtanoviç son anda qapı xəttindən çıxara bilir
Meydan sahibləri təhlükəli hücum təşkil etsə də, qolla nəticələnmir
Kurtanoviç az qala topu öz qapısına göndərəcəkdi. Son anda səhvini düzəltdi
Vüqar Nadirovun zərbəsi hədəfdən azca yan keçir
"Gəncə"dən çox təhlükəli hücum. Zərgərovdan əla ötürmə alan Qrebis demək olar ki, boş qapını nişan ala bilmir
Adamiiyanın zərbəsini qapıçı dəf edir
"Qarabağ"da Nderim Nedzipi və Vüqar Nadirovu müvafiq olaraq Samir Abasov və Əfran İsmayılov əvəzləyir
Anar Salmanov Qrebisi də sarı vərəqəylə cəzalandırır
Adamiya cərimə meydançasında əla ötürmə alaraq, iki müdafiəçini aldadıb, yaxın küncü dəqiq nişan alır - 0:1
Hakim Zərgərovu da sarı vərəqəyə "qonaq" edir
"Gəncə"də Sabir Allahquliyevi Samir Abdulov, "Qarabağ"da isə Rauf Əliyevi Elvin Məmmədov əvəzləyir
"Qarabağ" hesabı bərabərləşdirmək üçün irəli atılan rəqibini təhlükəli əks-hücumlarda yaxalamağa çalışır
Son dəqiqələrdə Pavloviç "Qarabağ"ı real qoldan xilas edir
Matç başa çatdı
MUĞAN - QƏBƏLƏ - 1:0 (0:0)
Qol: Elşən Məmmədov, 46 (1:0).
Hakimlər: Əfqan Həmzəyev, Yaşar Abbasov, Aleksandr Musatkin, Feyzulla Feyzullayev.
Bakı. "Şəfa" stadionu.
Oyun başladı
İlk təhlükə nominal meydan sahiblərindən gəlsə də, Qutyerresin zərbəsi hədəfə düşmür
"Qəbələ" ərazi üstünlüyünə malikdi
Hələ ki, tərəflər mövqe mübarizəsinə üstünlük verdiyindən, elə də təhlükəli vəziyyətlər yaranmır
Görüşü izləyənlər arasında "Simurq"un baş məşqçisi Qyoko Haciyevski də var. Bu isə təsadüfi deyil. Axı növbəti turda onun komandası Zaqatalada "Muğan"ı qəbul edəcək
Subaşiç fərdi ustalığı sayəsində böyük reyd etsə də, son zərbəsi dəqiq olmur
İlk yarı demək olar ki, tam sönük keçir və qolsuz başa çatır
İkinci hissə başlayır
Dərhal hücuma atılan "Muğan" elə ilk cəhddəcə hesabı açır. Elşən Məmmədov Baranindən sıyrılaraq çərçivəni dəqiq nişan alır - 1:0
Rəqib müdafiəçilərin səhvi az qala Subaşiçin hesabı bərabərləşdirməsiylə nəticələnəcəkdi. Lakin son anda Amil Ağacanov "Muğan"ı real qoldan xilas edir
58-ci dəqiqədə Əfqan Həmzəyev "Muğan"ın aparıcı orta sahə oyunçusu Tagim Novruzovu ikinci sarı vərəqə ilə meydandan qovur
"Qəbələ"də Banquranı Kristian Torres əvəzləyir
"Muğan"da isə Sergey Çernışevi Georgi Qalardava əvəzləyir
Samuel Barlay Torresin qarşısını kobudluqla alır və təhlükəli nöqtədən "Muğan"ın qapısına cərimə zərbəsi təyin olunur
Torres cərimə zərbəsini çox gözəl yerinə yetirsə də, Amil çox əla reaksiya nümayiş etdirir
Toni Adams Deon Bartonun əvəzində meydana Bruno dos Anjosu buraxır
Qutyerres kobud oyuna görə sarı vərəqə ilə cəzalanır
"Qəbələ" say üstünlüyünə malik olsa da, bu, demək olar ki, nə hiss olunur, nə də qonaqlar bundan yararlana bilir
"Muğan"da Qutyerresi Con Pelu, "Qəbələ"də isə Subaşiçi Arif İsayev əvəzləyir
Saşa Yunisoğlu kobud oyuna görə sarı vərəqə alır
"Muğan"da Tural Axundovu Cavad Mirzəyev əvəzləyir
Meydanda xoşagəlməz anlar yaşanır. Hakim Kamaranı sarı vərəqəylə cəzalanır
Əsas vaxta 4 dəqiqə əlavə olunub
Amil Ağacanov isə vaxtı uzatdığına görə sarı vərəqə alır
Matç başa çatır
|
1
|
Neftçi
|
21
|
13
|
6
|
2
|
39-9
|
45
|
|
2
|
Xəzər Lənkəran
|
21
|
13
|
5
|
3
|
25-11
|
44
|
|
3
|
İnter
|
21
|
12
|
4
|
5
|
23-13
|
40
|
|
4
|
Qarabağ
|
21
|
12
|
3
|
6
|
25-13
|
39
|
|
5
|
AZAL
|
21
|
9
|
8
|
43
|
27-16
|
35
|
|
6
|
Bakı
|
21
|
9
|
5
|
7
|
28-21
|
32
|
|
7
|
Qəbələ
|
21
|
8
|
6
|
7
|
19-14
|
30
|
|
8
|
Muğan
|
21
|
6
|
6
|
9
|
13-23
|
24
|
|
9
|
Gəncə
|
21
|
5
|
8
|
8
|
23-27
|
23
|
|
10
|
Turan
|
21
|
3
|
6
|
12
|
16-30
|
15
|
|
11
|
Simurq
|
21
|
2
|
6
|
13
|
12-33
|
12
|
|
12
|
MOİK
|
21
|
1
|
3
|
17
|
6-46
|
6
|
Bombardirlər: Bahodir Nasimov (Neftçi) – 15, Junivan Suares (Gəncə), Qvidas Yuska (AZAL) – 9, Deon Barton (Qəbələ), Rauf Əliyev, Georgi Adamiya (hər ikisi "Qarabağ") – 8.
