20 fevral 2011 00:18

Bakı`nın bir gözü Şəfa`da, digəri Lənkəranda

Premyer Liqada 21-ci turun oyunları sensasiyasız başladı. Azerisport.az xəbər verir ki, çempionatın birinci mərhələsinin sondan əvvəlki turunun ilk oyun günündə 3 qarşılaşma baş tutdu ki, onların da hamısında paytaxt klubları sevinən tərəf oldu.
 
Turun açılış oyunu Tovuzda yerli “Turan” və “Bakı” komandaları arasında baş tutdu. İlk altılıq uğrunda mübarizə aparan paytaxt təmsilçisi təsnifat mərhələsinin son turlarında maksimum nəticə qazanmaq məcburiyyətində olduğundan, səfərdən 3 xalla dönməyə borclu idi. Lakin, hər bir komanda üçün çətin səfər oyunu olan “Turan”la qarşılamaya “Bakı” itkilərlə çıxmışdı. Ölkə kubokunun qalibi vacib qarşılaşma öncəsi zədə səbədindən Adnan Barakat, Aleksandar Soliç, Ernad Skuliç, Stefan Borbikoni və Rafael Əmirbəyovun xidmətindən məhrum idi.
 
Əvəzində baş məşqçi Aleksandr Starkov belə çətin vəziyyətdə Jaba və Roşa kimi futbolçuları əff etdiyindən, onlar bu dəfə komandaya kömək etmək imkanına malik idi. Elə komandanın aparıcı hücumçularından olan Jaba bu ilk dəqiqələrdən mübarizə aparmaq hüququ qazanmışdı. Komandasına qələbə gətirən yeganə qolu da məhz braziliyalı forvard vurdu. Onun 8-ci dəqiqədə vurduğu erkən qol komandasının ilk altılığa düşmək şanslarını yenə saxladı. Hazırda “Bakı” ilk komanda sırasında olduğundan, əsas rəqiblərindən olan “Qəbələ”nin “Muğan”la, AZAL-ın isə “Xəzər Lənkəran”la görüşdən məğlub ayrılmasını arzulayacaq.
 
Əvəzində baş məşqçi Naci Şensoyun gəlişindən sonra daha da inamlı təsir bağışlayan “Turan” yerli azarkeşlərini qələbə ilə sevindirə bilmədi. Yeri gəlmişkən, bu qələbə tovuzluların köhnə-yeni çalışdırıcısının bu dəfəki dönüşü zamanı ilk yenilgisi kimi yadda qaldı. Baxmayaraq ki, Şensoy görüşdən sonra məğlubiyyətin məsuliyyətini böyük ölçüdə baş hakim Vüsal Əliyevin üzərinə atdı.
 
Günün digər iki oyununda isə liderlər qurupunda yer alan komandalar turnir cədvəlinin autsayderləri ilə qarşılaşırdı. Zaqatalada yerli “Simurq” Premyer Liqanın vahid lideri “Neftçi”ni qəbul etdi. Ötən tur “Xəzər Lənkəran”la həlledici matçda xal itkisiylə üzləşən “ağ-qaralar” zirvədəki mövqeyini qorumaq üçün bu dəfə mütləq qələbə qazanmalıydı. Qyoko Haciyevskili Zaqatala klubu isə, elitada qalmaq üçün qışda heyətinə qatdığı təcrübəli futbolçuların xidmətindən maksimum yararlanmağa çalışırdı.
 
Ancaq “Simurq” demək olar ki, iddialı rəqibinə heç bir müqavimət göstərmədi. Düzdü, Haciyevski də oyundan sonra məğlubiyyətdə hakimlərin idarəçiliyinin rol oynadığını iddia edib. Amma hər halda “Neftçi”nin hazırda bu rəqibindən daha güclü olduğu hər kəsə aydındı. Yeri gəlmişkən qeyd edək ki, bu görüş “ağ-qaralar”ın yeni transferləri Rodriqinyo və Yasin Hima üçün debüt matçı kimi tarixə düşdü.
 
Son ölkə çempionu “İnter” isə öz stadionunda (“Şəfa”) MOİK-in qonağı (!) idi. Ötən tur AZAL-ın xal itkisindən maksimum yararlanıb üçüncü pilləyə qalxan “bankirlər” bu dəfə həmin üstünlüyünü daha da möhkəmləndirdi. “Hərbçilər”in 4 cavabsız qolla uduzduğunu nəzərə alsaq, hər şey aydınlaşır və o üzdən bu görüşlə bağlı əlavə nəsə qeyd etməyə ehtiyac qalmır.
 
Premyer Liqa
21-ci tur
 
Turan - Bakı - 0:1 (0:1)
 
Qol: Jaba, 8.
Vərəqələr: Oleq Qvelesiani, 10, Yasin Abbasov, 90+1 - Əziz Quliyev, 56, Vaqif Cavadov, 56, Stevan Bates, 90+1 – sarı.
Hakimlər: Vüsal Əliyev, Coşqun Həsənov, Elman Musayev, Əliyar Ağayev.
AFFA nümayəndəsi: Vaqif Məmmədov
Hakim-inspektor: Əhmədağa Cabbarov
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 3 dəq.
19 fevral 2011. Tovuz. Şəhər stadionu. 3500 tamaşaçı.
Turan: 85. Kamal Bayramov, 2. Hüseyn İsgəndərov (11. Azər Məmmədov, 80), 3. Vurğun Hüseynov (k), 6. Elnur Abbasov, 14. Viktor Qonta, 16. Oleq Qvelesiani, 20. Georgi Beriaşvili, 22. Məhərrəm Müsümzadə (28. Yasin Abbasov, 46), 24. Georgi Çediya, 25. Martin Kerçev, 26. Boris Kondev (10. Xəyal Qarayev, 80).
Ehtiyat oyunçular: 12. Şamil Saidov, 4. Ruslan Namazov, 21. Rəşad Orucov, 45. Fərmayıl Əliyev.
Baş məşqçi: Naci Şensoy.
Bakı: 1. Marko Şarliya, 9. Vaqif Cavadov (12. Vyaçeslav Sofroni, 89), 15. Cəmşid Məhərrəmov (k), 18. Radomir Todorov, 29. Əziz Quliyev, 30. İbrahim Karqbo, 32. Aleksey Savinov, 33. Stevan Bates, 39. Ruslan Leviqa, 55. Junior Osvaldo (20. Fabio Luis Ramim, 72), 85. Jaba (7. Mahmud Qurbanov, 90+2).
Ehtiyat oyunçular: 23. Xalidu Sissoko, 2. Saşa Kaykut, 10. Nicat Abdullayev, 99. Leonardo Roşa.
Baş məşqçi: Aleksandr Starkov.
 
Simurq - Neftçi - 0:3 (0:2)
 
Qollar: Rəşad Abdullayev, 11 (0:1), Ruslan Abışov, 22 (0:2), Flavinyo, 53 (0:3).
Vərəqələr: İlkin Qırtımov, 47, Vasif Əliyev, 90 - Ruslan Abışov, 38, Slavko Georgiyevski, 62, Denis Silva, 80, Bahodir Nasimov, 90+2.
Hakimlər: Elçin Məmmədov, Mehman Mahmudov, Aydın Ələkbərov, Teymur Fərhadov.
AFFA nümayəndəsi: Rauf Hüseynli.
Hakim-inspektor: Fazil Mürşüdov.
Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - 2 dəq.
19 fevral 2011. Zaqatala Olimpiya İdman Kompleksinin stadionu. 1000 tamaşaçı.
Simurq: 22. Adnan Hodziç, 6. Mikayıl Rəhimov, 17. Rüstəm Məmmədov, 5. Elvin Yunusov, 28. İlkin Qırtımov, 4. Emin Quliyev, 23. Camal Məmmədov, (10. Vasif Əliyev, 81), 11. Mario Santana (19. Ramin Nəsibov, 58), 25. Tofiq Mikayılov (15. Elvin Musazadə, 73), 16. Samir Musayev, 7. Samir Əliyev (k).
Ehtiyat oyunçular: 1. Fuad Əhmədov, 9. Əli Bağırov, 14. Anar Həsənli, 27. Ramil Sayadov.
Baş məşqçi: Qyoko Haciyevski.
Neftçi: 1. Rauf Mehdiyev, 3. Denis Silva, 5. İqor Mitreski, 6. Slavko Georgiyevski, 9. Flavio Aleks Valensio (22. Ruslan Qurbanov, 76), 14. Bahodir Nasimov, 15. Ruslan Abışov, 2. Rail Məlikov (k), 19. Mirhüseyn Seyidov (4. Yasin Hima, 57), 25. Cavid İmamverdiyev (7. Rodriqinyo, 46), 27. Rəşad Abdullayev.
Ehtiyat oyunçular: 34. Vitali Kovalyov, 11. Cavid Hüseynov, 18. Ruslan Əmircanov, 26. Tərlan Quliyev.
Baş məşqçi: Arif Əsədov
 
MOİK – İnter - 0:4 (0:2)
 
Qollar: Dmitri Kruqlov, 37 (0:1), David Odikadze, 45 (0:2), İlia Kandelaki, 76 (0:3), Vladimir Levin, 79 (0:4).
Vərəqə: yoxdu
Hakimlər: Rauf Cabbarov, İsgəndər Əliyev, Zeynal Zeynalov, Alik Yunusov.
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Səfər Haşımov
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 1 dəq.
19 fevral 2011. “Şəfa” stadionu. 500 tamaşaçı.
MOİK: 22. Tariyel Hüseynov, 3. Ramin Tanrıverdiyev, 4. Vüqar Əsgərov (16. Elçin Xəlilov, 68), 5. Natiq Əkbərov, 6. Emin Mustafayev (8. Ruhid Usubov, 64), 7. Nizami Hacıyev (k), 14. Tural İsgəndərov, 15. Murad Səttarlı, 17. Azər Həşimov (9. Nicat Tağıyev, 73), 20. Azər Bağırov, 23. Tural Nərimanov.
Ehtiyat oyunçular: 12. Ceyhun Qədirli, 10. Zeynalabdin Hüseynov, 13. Comərd Baxşəliyev, 18. Rəfael Qəvami.
Baş məşqçi: Ramil Əliyev.
İnter: 1. Georgi Lomaya, 4. Danildo Assioli, 6. Dmitri Kruqlov, 8. Aleksandr Çertoqanov, 13. Bronislav Çervenka, 14. Petar Zlatinov (23. Şəhriyar Rəhimov, 68), 15. Vladimir Levin (k), 18. İlia Kandelaki, 19. David Odikadze (11. Asif Məmmədov, 75), 20. Girts Karlsons (28. Baçana Sxadadze, 70), 21. Arif Daşdəmirov.
Ehtiyat oyunçular: 72. Dmitri Kramarenko, 32. Robertas Poşkus, 77. Daniel Genov, 88. Kaxaber Mjavanadze.
Baş məşqçi: Kaxaber Sxadadze.
 
Qeyd edək ki, bu turun digər qarşılaşmaları isə bu gün keçiriləcək: Gəncə - Qarabağ, Muğan - Qəbələ, Xəzər Lənkəran – AZAL.
 
 
1
Neftçi
21
13
6
2
39-9
45
2
Xəzər Lənkəran
20
12
5
3
23-10
41
3
İnter
21
12
4
5
23-13
40
4
Qarabağ
20
11
3
6
24-13
36
5
AZAL
20
9
8
3
26-14
35
6
Bakı
21
9
5
7
28-21
32
7
Qəbələ
20
8
6
6
19-13
30
8
Gəncə
20
5
8
7
23-26
23
9
Muğan
20
5
6
9
12-23
21
10
Turan
21
3
6
12
16-30
15
11
Simurq
21
2
6
13
12-33
12
12
MOİK
21
1
3
17
6-46
 6
 
Bombardirlər: Bahodir Nasimov (Neftçi) – 15, Junivan Suares (Gəncə), Qvidas Yuska (AZAL) – 9, Deon Barton (Qəbələ), Rauf Əliyev (Qarabağ) – 8, Georgi Adamiya (Qarabağ) – 7

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.