20 fevral 2011 00:26
Dünya bu künc zərbəsindən danışır (VİDEO)
UEFA Avropa Liqasının 1/16 final mərhələsinin ilk oyunları çərçivəsində “Young Boys”un doğma meydanda “Zenit”i 2:1 hesabıyla məğlub etdiyi qarşılaşmada maraqlı olay yaşanıb. Azerisport.az xəbər verir ki, bu görüşdə Rusiya klubunun yerinə yetirdiyi künc zərbəsi hazırda az qala bütün dünyada müzakirə olunmaqdadı.
Korner vuruşu zamanı “Zenit”li oyunçu topa yavaşca toxunduqdan sonra cərimə meydançasına qaçır. Bu anda komandanın başqa bir oyunçusu korneri yerinə yetirməyə gedirmiş kimi künc nöqtəsinə yaxınlaşır. Lakin ordan topu götürərər bir qədər içəri hərəkətlənib cərimə meydançasına asma edir. Belədə hazırlıqsız yaxalanan rəqib komandanın müdafiəsi istər-istəməz bu ev tapşırığının qolla nəticələnməsinə mane ola bilməyib. Lakin görüşün sonunda ruslar meydandan məğlub ayırılır və hər şeyə cavab matçında aydınlıq gələcək.
