21 fevral 2011 15:16
Yığmamızın rəqibi 7 qol buraxdı
Futzal üzrə Avropa çempionatının seçmə mərhələsində millimizin rəqiblərindən olan Qazaxıstan yığması yoldaşlıq oyununda qüvvəsini sınayıb. Azerisport.az xəbər verir ki, rəqibimizin baş məşqçisi Amirjan Mukanov yetirmələri yerli “Kayrat” klubu ilə görüşdə sınaqdan keçirib.
Kifayət qədər məhsuldar alınan görüş millimizin rəqibinin yenilgisi ilə nəticələnib – 6:7. Qeyd edək ki, qazaxlar Bakıya səfər öncəsi Novosibirsk “Sibiryak”ı ilə də qarşılaşacaq.
