21 fevral 2011 15:33
AFFA 100 illik yubiley öncəsi müraciət etdi
Xəbər verdiyimiz kimi, bu ilin iyun ayında Azərbaycan futbolunun 100 illik yubileyi ilə bağlı təntənəli mərasim təşkil olunacaq. Azerisport.az xəbər verir ki, AFFA tərəfindən futbolumuzun 1 əsrlik tarixinə həsr olunmuş müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Bunu nəzərə alaraq, AFFA rəhbərliyi Azərbaycan futbolu ilə bağlılığı olan hər hansı aksessuarlara, arxiv sənədlərinə (foto, video və sair) malik olan şəxslərin quruma müraciət etməsini xahiş edir.
