21 fevral 2011 15:44
Xristu Kyaku XL-da 60-cı oldu
Azərbaycan Premyer Liqasının 21-ci turunun AZAL-la oyununda rəqib qapısına qol vuran hər iki futbolçu “Xəzər Lənkəran” karyeralarında ilk dəfə buna nail oldu. Həm Elnur Abdullayev, həm də Xristu Kyaku cənub komandasında keçirdiyi 2-ci oyununda qol hesabını açdı.
Bu matçadək 58 oyunçu “Xəzər Lənkəran”ın formasında rəqib qapısına yol tapmışdı. Nisbətən tez fərqlənən Elnur bu siyahıda 59-cu oldusa, rumıniyalı legioner komandanın tarixinə 60-cı qolçu kimi düşdü. Lakin “Xəzər Lənkəran”ın 60 futbolçusundan başqa daha 4 oyunçu komandanın azarkeşlərinə qol sevinci bəxş edib. Bunlar avtoqol müəllifi olan rəqiblərdi.
Qeyd edək ki, komandanın 60 qolçusu arasında ən yaxşı nəticə Zaur Ramazanova məxsusdu. O, “Xəzər Lənkəran” formasında müxtəlif yarışlarda üst-üstə 44 qol vurub.
