21 fevral 2011 17:18
Qarabağ mövsümün rekordunu müəyyənləşdirdi
“Qarabağ” Premyer Liqanın son turunda ardıcıl 6 oyundu qələbə qazanmaqla cari mövsüm yeni rekorduna imza atıb. Azerisport.az xəbər verir ki, qeyd etdiyimiz göstəriciylə Ağdam klubu “Neftçi”nin 2-6-cı turlar arasında əldə etdiyi 5 oyunluq qələbə seriyasını yeniləyib.
Ardıcıl 6 qələbəylə 4-cü sıraya yüksələn Qurban Qurbanovun komandası eyni zamanda müdafiə xəttindəki uğuruyla da diqqət çəkir. Belə ki, komanda 6 oyunluq qələbə seriyasında cəmi 1 qol buraxmasıyla da öyünür.
Ötən ilin dekabrından başlayaraq qarşısına çıxan rəqibləri məğlub edən “Qarabağ” sadəcə “Xəzər Lənkəran”la oyunda qol buraxıb. “Qarabağ” bu seriyada “İnter”, “Xəzər Lənkəran”, “Qəbələ” kimi iddialıları məğlub edib. Bütövlükdə isə bu seriyada qeydə alınan nəticələr belədi: Qarabağ - İnter - 1:0, Qarabağ – Muğan - 2:0, Simurq - Qarabağ - 0:1, Xəzər Lənkəran - Qarabağ - 1:2, Qarabağ - Qəbələ - 3:0, Gəncə - Qarabağ - 0:1.
