21 fevral 2011 17:26

Arif Əsədov: Hamı niyə hakimlərin həmişə bizə kömək etdiyini deyir?

“Neftçi”nin baş məşqçisi Arif Əsədov "Simurq"la oyundan sonra səslənən fikirlərə münasibət bildirib. Azerisport.az xəbər verir ki, o, müsahibəsində aşağıdakı məqamlarla bağlı düşüncələrini dilə gətirib.
 
- "Simurq"la oyunda 3:0 hesabı ilə qələbə qazandız. Oyundan sonra rəqib komandanın baş məşqçisi Haciyevski, hakimin bəzi epizodlarda ədalətli qərar vermədiyindən şikayətlənirdi. Siz bu barədə nə deyə bilərsiz?
- Mənim üçün çox maraqlıdır, niyə həmişə "Neftçi"nin oyunundan sonra belə məsələlər ortaya atılır və hamı hakimlərin bizə kömək etdiyini deyir. Xatırlayırsız ayın 13-də  "Xəzər Lənkəran"la oyunda  təmiz penaltimizi vermədilər, amma biz heç bir etiraz etmədik, heç futbolçularımız da bu barədə etirazlarını bildirmədilər. Biz bu məsələni mütəxəssislərin öhdəsinə buraxdıq. "Simurq"la oyun "Neftçi" üçün ən asan oyunlardan biri oldu.
 
- Ümumiyyətlə oyun "Neftçi" üçün necə keçdi?
- Əgər bizim komanda 45 dəfə top ötürməsi edərək, topu itirmədən təhlükəli hücum edirsə və rəqib komanda topu bizdən ala bilmirsə bu, o deməkdi ki, "Neftçi" meydanda məşq edirdi. Hesab göz qabağındadı. Matçda topa nəzarət bizdə idi. Oyun qabağı böyuk ajiotaj vardı, hər kəs rəqibin stimullaşdırıldığından danışırdı. Ancaq  komandanın oyunu yenə göstərdi ki, "Neftçi" düzgün yoldadı. Komandamızın öz oyun üslübu var və oyun üslubuna uyğun yaxşı meydança olanda "Neftçi" qarşısıalınmazdı.
 
- Sizin fikrinizcə birinci qol vurulan zaman oyundankənar vəziyyət vardımı?
- Biz bir neçə dəfə epizodun təkrarına baxdıq və orda heç bir oyundankənar vəziyyətdən söhbət belə gedə bilməz. Ancaq mətbuatda yazırlar ki, Aydın Ələkbərov "Simurq"u "sındırdı". Biz istəsəydik, bu görüşdə fərqi daha da artıra bilərdik.
 
- Bəs ikinci qol vurulan zaman rəqib tərəf nəyə etiraz edirdi?
- Həmin epizod adi bir künc zərbəsi idi və biz bundan yararlana bildik. Müdafiəçimiz Ruslan Abışov öz qolunu vurdu. Qol vurulan ana qədər artıq topa 5-6 dəfə toxunuş olmuşdu. Qoy bütün komandalar öz oyunlarına fikir versinlər, necə ki, biz bunu edirik. Biz yalnız öz oyunumuza baxırıq. Liderliyimizi çempionatın sonuna qədər davam etdirmək üçün əlimizdən gələni edəcəyik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.