21 fevral 2011 18:01

Lyubo Baranin: İndi sadəcə növbəti mövsüm haqda düşünə bilərik

“Qəbələ”nin müdafəçisi Lyubo Baranin azerisport.az saytına müsahibəsində Premyer Liqanın son turunda “Muğan”a məğlubiyyətdən və ilk altılığa düşmək şanslarından danışıb.
 
- Son məğlubiyyətinizə nə səbəb oldu?
- Pis oynadıq, buna görə də uduzduq. Bizim oyun sadəcə faciədi. Bu, bizim yüksək yerlər uğrunda mübarizəmizi davam etdirmək üçün son şansımız idi. Ancaq bizi onu buraxdıq. Fikrimcə, daha şansımız qalmayıb. İndi sadəcə növbəti mövsüm haqda düşünə bilərik.
 
- Niyə belə tez ruhdan düşürsüz, axı hələ şanslarınız qalır?
- Mən inanmıram ki, “Bakı” təsnifat mərhələsinin son turunda AZAL-a uduzsun. Yəqin ki, biz “Gəncə”ni udarıq. Əgər hətta “Bakı” heç-heçə etsə belə, yenə xallar bərabər olacaq və paytaxt klubu bizdən yuxarıda yer alacaq.
 
- “Qəbələ” belə bir məqamda niyə bu şəkildə zəif oyun sərgilədi ki?
- Düzünü desəm, problemimizin əsl səbəbi mənə də aydın deyil. Hələ “Qarabağ”la oyunda göründü ki, biz pis oynayırıq.
 
- Komandada yeni forvard peyda olub, amma “Qəbələ” əksinə qol vura bilmir...
- Bu haqda suala baş məşqçi aydınlıq gətirməlidi. Bu, onun işidi.
 
- Ola bilərmi ki, “Muğan” rəqibləriniz tərəfindən yaxşı stimullaşdırılıb?
- Əgər hətta bu baş versə belə, normal haldı. Bütün dünyada bundan yararlananlar var. Bu, bizim günahımızı azaltmır. Günahkar biz özümüzük
 
- Komanda yoldaşlarınızdan hakimi günahlandıranlar da var. “Qəbələ” hakimlikdən narazıdı?
- Mən düşünmürəm ki, hakim oyunun nəticəsinə ciddi təsir etdi. Ancaq bütövlükdə hakimlər bizim oyunlarda heç də həmişə loyal münasibət göstərməyiblər. Əgər bizim oyunlarımızı da paytaxt klublarının görüşləri kimi idarə etsəydilər, biz iki ay öncə hər şeyi həll etmişdik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.