21 fevral 2011 19:58

Turan`ın iddiası yalan çıxdı (FOTO)

"Turan" Peşıkar Futbol klubu əvəzedici komandalar arasında keçirilən "Turan" - "Bakı" qarşılaşmasından sonra paytaxt təmsilçisinin 2 nömrəli futbolçusu Orxan Əsədovun sənədlərinin qaydasında olmadığı, iştirak ərizəsində adı olmayan futbolçunun meydanda yer alması iddiası ilə Peşıkar Futbol Liqasına şıkayətlə müraciət etmişdi. Azerisport.az xəbər verir ki, “zolaqlılar” da öz növbəsində Orxan Əsədovla bağlı açıqlamasında bu iddianın əsassız olduğunu bildirərək onun şəxsiyyət vəsiqəsi, kamal attestatı və PFL tərəfindən verilən oyunçu lisenziyasının şəkillərini yaymışdı.
 
Bu gün isə Peşəkar Futbol Liqasına "Turan"ın icraçı direktoru Rasim Əliyev tərəfindən imzalanmış daxil olan 21 fevral 2011-ci il tarixli 61 saylı məktubda Tovuz klubunun iddiası əsasında məsələnin araşdırıldığını, texniki səhv nəticəsində PFL rəsmi internet səhifəsində səhvən Orxan Əsədovun adının Ayxan Əsədov kimi qeyd olunduğu aşkarlanmışdır. AFFA-nın rəsmi orqanı olan "Futbol Dünyası" qəzetinin 089-cu sayında əvəzedici komandaların iştirak ərizəsində futbolçu sənədlərinə uyğun olaraq Orxan Əsədov kimi qeyd olunduğunu nəzərə alinib. Haqqında sönbət gedən texniki xəta isə aradan qaldırılıb.
 
Bunları nəzərə alan "Turan" futbol klubu iddiasını geri götürmək barədə rəsmən Peşəkar Futbol Liqasına müraciət edib. Bununla da Orxan Əsədovun "Bakı" futbol klubunun əvəzedici komandasında tam hüquqi əsaslarla oynadığı təsdiq olunub.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.