21 fevral 2011 20:16
“Bakı`nı hesabdan silənlər tələsməsinlər”
“Bakı”nın kapitanı Cəmşid Məhərrəmov Tovuzda qazanılan vacib qələbə və Premyer Liqanın 22-ci turu çərçivəsində keçiriləcək AZAL - “Bakı” oyunu barədə fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, açıqlamasında bunları dilə gətirib:
“Ötən həftə “Turan”la oyunda olduqca vacib qələbə qazandıq. Tovuza elə üç xal üçün getmişdik. “Muğan”nın “Qəbələ”ni məğlub etməsi də işimizə yaradı. İndi hər şey öz əlimizdədi. İlk altılığa vəsiqə uğrunda son oyunda var qüvvəmizi meydanda qoyub qələbə qazanmalıyıq.
Çoxları bizi bu mövsüm hesabdan silmişdi. Amma tələsməsinlər. İlk altılığa vəsiqə qazanıb, öz sözümüzü deyəcəyik. Liderlə aramızda böyük xal fərqi olsa da, avrokuboklara vəsiqə qazanacağımıza inanıram”.
