21 fevral 2011 20:41
“Əsas məqsədimiz müdafiəni düzgün qurmaq idi”
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ilə Almaniyanın TSV “München 1860” klubunun əvəzedici komandası arasında bu gün keçirilmiş yoldaşlıq oyunundan sonra yığmamızın baş məşqçisi Vəli Qasımov fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, o, yetirmələrinin çıxışını belə qiymətləndirib:
“Yaş etibarilə bizdən böyük komanda ilə qarşılaşdıq. Rəqibimizin çox güclü komanda olduğunu demək mümkün olmasa da, oyun ərzində istədiyimizə nail olduq. Əsas məqsədimiz müdafiəni düzgün qurmaq idi. Futbolçular bunun öhdəsindən təxminən 80 faiz gəldilər. Verilən tapşırıqları yerinə yetirməyi bacardılar. Topa nəzarət edən tərəf biz olduq. Rəqib oyunun gedişində 15 dəqiqə pressinq tətbiq etmək istəsə də, buna nail ola bilmədi”.
