21 fevral 2011 11:38

“AZAL-la oyun bizim üçün mövsümün ən vacib matçıdı”

“Bakı”nın müdafiəçisi Aleksey Savinov azerisport.az saytının suallarını cavablandırıb.
 
- “Turan”la oyunu necə qiymətləndirərdiz?
- Tovuzda oynamaq çox çətin idi. Qazon həddən artıq pis vəziyyətdə idi. Sanki zibillikdə oynayırdıq. Orda oynamaq ikiqat çətin idi. “Turan” çox güclü komandadı, ona görə də ikinci hissədə onlar heç də pis hücumlar qurmurdu. Yaxşı ki, erkən qol vurduq, əks halda hadisələrin gedişi tam fərqli də ola bilərdi. İkinci hissədə ümumiyyətlə çətin oldu. “Turan” bizə qol vura bilərdi. Oyun bir az gərgin keçdi. Çünki biz bilirdik ki, ilk altılığa düşmək şanslarımızı saxlamaq üçün ancaq qələbə qazanmalıyıq.
 
- Oyundan sonra isə “Turan”ın baş məşqçisi Naci Şensoy daha çox hakimlikdən narazı qaldığını dedi...
- Matç təkcə komandalar üçün yox, hakimlər üçün də çətin alındı. Onlar da fərqli qazonda qaçmaq məcbyriyyətində qalmışdı. Düzünü deyim ki, mən hakim səhvini hiss etmədim. Bəlkə, məşqçi bunu emosiyalı olduğu üçün söyləyib? Axı evdə uduzmaq həmişə pis olur.
 
- Şanslarınız çox yaxşılaşsa da, hələ də ilk altılığa düşə bilməmisiz...
- Əsas odu ki, indi taleyimiz öz əlimizdədi. Belə vəziyyətdə biz artıq, azarkeşlərimizi məyus edə bilmərik. Ancaq çox təəssüflənirəm ki, belə çətin günlər keçiririk. İstənilən halda, təsnifat mərhələsinin son turunda AZAL-a qalib gəlməliyik.
 
- Psixoloji cəhətdən hazırsız bu oyuna?
İlk altılığa düşmək istəyiriksə, hər şeyə hazır olmalıyıq. Bizim başqa çıxış yolumuz yoxdu. “Bakı” mütləq avrokuboklarda çıxış etməlidi. Klub rəhbərliyi çoxlu pullar xərcləyir, biz belə nəticələr göstərməməliyik.
 
- Siz avrokuboklardan danışırsız. Ümumiyyətlə, hazırkı “Bakı” üçün bu, nə qədər realdı?
- Biz hələ ilk altılığa düşməmişik. Həm də “Turan” kimi komandaya qalib gəldikdən sonra belə böyük məqsədlərdən danışmaq düz deyil. Mən sadəcə komandamızın cari mövsüm üçün qarşıya qoyduğu vəzifələrdən bəhs etdim. Amma bu oyunumuzu yaxşılaşdırmalıyıq. Heç bir çempionatda “Bakı” bu qədər qol buraxmamışdı. Biz hətta qol da vura bilmirik. AZAL ilə oyun isə bizim üçün mövsümün ən vacib matçıdı və mütləq qələbə qazanmalıyıq.
 
- Rəqib haqda nə deyə bilərdiz?
- AZAL çətin komandadı. Çempionatda zəif komanda yoxdu. Onlar isə 5-ci yeri tuturlar. Özünüz də gördünüz ki, “Qarabağ” “Gəncə”ni necə çətinliklə yendi, “Muğan” “Qəbələ”ni məğlub etdi. Buna görə əminəm ki, AZAL ilə oyunumuz heç də sakit keçməyəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.