21 fevral 2011 20:34
Yığmamız Almaniya klubunu darmadağın etdi (YENİLƏNİB)
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün daha bir yoxlama matçı keçirib. Azerisport.az xəbər verir ki, Vəli Qasımov yetirmələrini Almaniyanın TSV “München 1860” klubunun əvəzedici komandası ilə yoldaşlıq oyununda sınaqdan keçirib.
Elşən Abdullayevin dublu, Rizvan Umarov və Akif Tağıyevin isə hərəyə bir dəfə fərqlənməsi sayəsində yığmamız bu görüşdə 4:0 hesablı qələbə qazanıb.
