21 fevral 2011 00:17
Qaldı biri
Premyer Liqanın 21-ci turu da arxada qaldı. Azerisport.az xəbər verir ki, çempionatın birinci mərhələsinin sondan əvvəlki turu liderlər və autsayderlər qrupunda ciddi dəyişikliyə səbəb olmasa da, əlamətdar və vacib bir yerdəyişməylə diqqət çəkdi.
Şübhəsiz ki, ilk oyun günündə birinci altılığa düşmək uğrunda mübarizə aparan “Bakı”nın səfərdə “Turan” üzərində qələbə qazanıb, 6-cı pilləyə yüksəlməsi “Muğan” – “Qəbələ” matçına diqqəti birəbeş artırmışdı. Ötən tur “Qarabağ”a 3 cavabsız qolla məğlub olub, işini xeyli çətinləşdirən “Qəbələ” Salyan təmsilçisiylə oyundan maksimum nəticəylə ayrılmağa məcbur idi. Əks halda, ilk 6 komanda sırasına qayıdan “Bakı”nı yenidən aşağı pilləyə göndərmək mümkünsüz olacaq və bütün ümidlər son tura qalacaqdı. Orda isə təbii ki, komandanın taleyi təbii ki, öz əlində olmayacaqdı.
Lakin ilk dövrədə rəqibinə 2 cavabsız qolla məğlub olan “Muğan” bu dəfə eyni aqibəti yaşamadı. Əksinə ötən tur səfərdə “Bakı”ya böyük zərbə vuran Bəhmən Həsənovun komandası bu dəfə də Toni Adamsın komandasına daha ciddi zərbə endirdi. Turu 7-ci pillədə bitirən “Qəbələ” təsnifat mərhələsinin son turunda özü qələbə qazansa belə, “Bakı”nın xal itirməsinə ümid bəsləmək məcburiyyətində qalıb. “Zolaqlılar” isə daha çox çox ötən tur onları məyus edən, bu dəfəsə şanslarını bir anda xeyli artıran “Muğan”a borclu olmalıdı.
İlk altılıqdakı yerini təmin etməyi bacaran “Qarabağ” isə Gəncədə eyniadlı komandanın qonağı idi. Ağdam təmsilçisi heç də asan səfərlərdən olmayan Gəncədə bir sıra futbolçularının xidmətindən yararlana bilmirdi. Belə ki, Devran Ayhan, Maksim Medvedev və Aftandil Hacıyev zədə üzündən bu tur meydana çıxmaq imkanından məhrum idi. Ötən tur AZAL-a böyük zərbə vuran “Gəncə” isə bu dəfə azarkeşlərinin gözü qarşısında qələbə qazanmaq istəyirdi. Lakin fasilədən sonra rəqib qapısına yol tapmağı bacaran Qurban Qurbanovun komandası lazımı qələbəylə dönməyi bacardı.
Hesabat turuna Lənkəranda yerli “Xəzər Lənkəran”la AZAL arasındakı qarşılaşmayla yekun vuruldu. Turnir cədvəlində lider “Neftçi”dən 1 xal geri qalan “Xəzər Lənkəran” bu fərqin artmaması üçün mütləq qələbə qazanmalıydı. Paytaxt təmsilçisi isə son 5 oyunda 4 heç-heçə və 1 məğlubiyyətlə 5-ci pilləyədək geriləmişdi və Nazim Süleymanovun komandası bu uğursuz gedişə cənub təmsilçisiylə çətin görüşdə son qoymaq istəyirdi. Ancaq Lənkəranda keçirilən oyunlarda heç vaxt qələbə qazana bilməyən “təyyarəçilər”in bu dəfə hansısa sensasiyaya imza atması o qədər də inandırıcı görünmürdü.
Gözlənildiyi kimi, matça daha fəal başlayan Mirça Rednikin yetirmələri hesabı açdı və qələbə qazanmaq iddiasında olduğunu ilk dəqiqələrdən isbatladı. Düzdü, “təyyarəçilər” hesabı bərabərləşdirməklə, Lənkəranda məğlub olmaq istəmədiklərini isbatlamağa çalışsa da, cənublular lazımı 3 xalı təmin etməyi bacardılar. Qələbənin yeni alınan iki futbolçunun sayəsində gerçəkləşməsini xüsusi vurğulamaq lazımdı. Hansı ki, onlardan millimizin üzvü olan Elnur Abdullayev fərqlənməklə yanaşı, həm də qol ötürməsi ilə yadda qaldı.
Premyer Liqa
21-ci tur
Gəncə - Qarabağ - 0:1 (0:0)
Qol: Georgi Adamiya, 72.
Vərəqələr: Kristaps Grebis, 70. Samir Zərgərov, 75 - Ansi Aqolli, 40 – sarı.
Hakimlər: Anar Salmanov, Mübariz Haşımov, Vaqif Musayev, Hacıəli Ağayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 3 dəq.
20 fevral 2011. Gəncə. Şəhər stadionu. 6500 tamaşaçı.
Gəncə: 1. Edis Kurtanoviç, 5. Mətləb Məmmədov, 15. Şahin Kərimov, 4. Azər Məmmədov (k), 8. Armand Fuetçine, 20. Vüsal Hüseynov (6. Samir Zərgərov, 34), 24. Vladimir Zelenbaba, 13. Zura Dzamsaşvili, 11. Sabir Allahquliyev (9. Samir Abdulov, 81), 10. Ceyhun Sultanov, 25. Kristaps Qrebis.
Ehtiyat oyunçular: 22. Ruslan Məcidov, 14. Asəf Qədiri, 28. Patrik Nukeu, 17. Renat Sultanov, 27. Ramazan Abbasov.
Baş məşqçi: Fuad İsmayılov.
Qarabağ: 99. Boyan Pavloviç, 2. Qara Qarayev, 6. Rəşad Sadiqov (k), 7. Namiq Yusifov, 11. Rauf Əliyev (9. Elvin Məmmədov, 81), 14. Rəşad Sadıqov, 17. Vüqar Nadirov (22. Əfran İsmayılov, 67), 20. Nderim Nedzipi (13. Samir Abasov, 66), 24. Admir Teli, 25. Ansi Aqolli, 77. Georgi Adamiya.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 4. Zaur Həşimov, 10. Emin İmaməliyev, 19. Andrey Rubins.
Baş məşqçi: Qurban Qurbanov.
Muğan - Qəbələ - 1:0 (0:0)
Qol: Elşən Məmmədov, 46.
Vərəqələr: Tagim Novruzov, 4; 58, Anxel Qutyerres, 73, Amil Ağacanov, 90+2 - Saşa Yunisoğlu, 86, Abdulkader Kamara, 90+1 – sarı, Tagim Novruzov, 58 – qırmızı.
Hakimlər: Əfqan Həmzəyev, Yaşar Abbasov, Aleksandr Musatkin, Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Xaqani Məmmədov.
Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - 4 dəq.
20 fevral 2011. Bakı. “Şəfa” stadionu. 500 tamaşaçı.
Muğan: 1. Amil Ağacanov (k), 3. Miloş Zeçeviç, 5. Novruz Məmmədov, 6. Tagim Novruzov, 8. Tural Axundov (34. Cavad Mirzəyev, 87), 9. Elşən Məmmədov, 16. Sergey Çernışev (23. Georgi Qulordava, 64), 18. Samuel Barlay, 26. Ekrem Hodziç, 30. Anxel Qutyerres (11. Con Pelu, 83), 77. Reys Klaudiney.
Ehtiyat oyunçular: 12. Davud Kərimi, 10. Saşko Pandev, 14. Fərid Həşimzadə, 17. Ravi Rəhmanov.
Məşqçi: Bəhmən Həsənov.
Qəbələ: 12. Pavel Doroşev, 3. Nodar Məmmədov, 6. Lyuba Baranin (k), 8. Bruno da Silva, 10. Deon Barton (9. Bruno dos Anjos, 70), 11. Con Kollinz, 16. Abdulkader Kamara, 19. Branimir Subasiç (17. Arif İsayev, 83), 21. Alhassan Banqura (20. Kristian Torres, 62), 33. Saşa Yunisoğlu, 34. Stiv Olfers.
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 4. Ramin Quliyev, 5. Sergey Sokolov, 18. Qoqa Beraya.
Baş məşqçi: Toni Adams.
Xəzər Lənkəran - AZAL - 2:1 (1:0)
Qollar: Elnur Abdullayev, 45+2, Xristu Kiaku, 78 - Usim Nduka, 57.
Vərəqələr: Elnur Abdullayev, 56, Julius Vobay, 79, Alim Qurbanov, 80, Viktor Pitsurka, 85, Andrei Mureşan, 89 - Usim Nduka, 77 – sarı.
Hakimlər: Fariz Yusifov, İlham Əliyev, Eldar Nağıbəyov, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Murad Məmmədov
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 3 dəq.
20 fevral 2011. Lənkəran şəhər mərkəzi stadionu. 12000 tamaşaçı.
Xəzər Lənkəran: 1. Kamran Ağayev (k), 2. Elnur Allahverdiyev, 6. Simao Bruno, 9. Viktor Pitsurka, 10. Elnur Abdullayev, 11. Andrey Mureşan, 15. Emeka Opara (17. Xristu Kyaku, 69), 27. Manuel Skarlatake, 28. Kosmin Frasinesku, 30. Katalin Doman (18. Alim Qurbanov, 63), 84. Julius Vobay (19. İbrahima Banqura, 86).
Ehtiyat oyunçular: 12. Yevgeni Kopil, 8. Nikolae Muşat, 14. Rahid Əmirquliyev, 77. Stelian Stanku.
Baş məşqçi: Mirça Rednik.
AZAL: 12. Cahangir Həsənzadə, 2. Robert Petrov, 3. Usim Nduka, 5. Aqil Nəbiyev (k), 6. Ritus Krjauklis, 9. Viktor İbekoyi, 10. Nuqzar Kvirtiya, 11. Zohair Benouahi, 15. Qvidas Yuska, 20. Gennadi Bliznyuk (24. Enyo Krastovçev, 83), 21. Mirko Bunyevçeviç, (22. Anar Həsənov, 46).
Ehtiyat oyunçular: 96. Elşən Poladov, 7. Tərlan Xəlilov, 16. Mensur Limani, 17. Vüsal Qarayev, 8. Eleandro Pema.
Baş məşqçi: Nazim Süleymanov.
Maraq üçün xatırladaq ki, bir gün öncə baş tutan oyunlarda aşağıdakı nəticələr qeydə alınmışdı: Simurq – Neftçi, 0:3, MOİK – İnter, 0:4, Turan – Bakı, 0:1.
|
1
|
Neftçi
|
21
|
13
|
6
|
2
|
39-9
|
45
|
|
2
|
Xəzər Lənkəran
|
21
|
13
|
5
|
3
|
25-11
|
44
|
|
3
|
İnter
|
21
|
12
|
4
|
5
|
23-13
|
40
|
|
4
|
Qarabağ
|
21
|
12
|
3
|
6
|
25-13
|
39
|
|
5
|
AZAL
|
21
|
9
|
8
|
43
|
27-16
|
35
|
|
6
|
Bakı
|
21
|
9
|
5
|
7
|
28-21
|
32
|
|
7
|
Qəbələ
|
21
|
8
|
6
|
7
|
19-14
|
30
|
|
8
|
Muğan
|
21
|
6
|
6
|
9
|
13-23
|
24
|
|
9
|
Gəncə
|
21
|
5
|
8
|
8
|
23-27
|
23
|
|
10
|
Turan
|
21
|
3
|
6
|
12
|
16-30
|
15
|
|
11
|
Simurq
|
21
|
2
|
6
|
13
|
12-33
|
12
|
|
12
|
MOİK
|
21
|
1
|
3
|
17
|
6-46
|
6
|
Bombardirlər: Bahodir Nasimov (Neftçi) – 15, Junivan Suares (Gəncə), Qvidas Yuska (AZAL) – 9, Deon Barton (Qəbələ), Rauf Əliyev, Georgi Adamiya (hər ikisi "Qarabağ") – 8.
