22 fevral 2011 13:00
Əvəzedici komandalarla divizion klubları da cəzasız qalmadı
Bu gün AFFA-nın İntizam Komitəsinin iclasında Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri və birinci divizion komandaları arasındakı çempionatların da son turunun oyunlarında baş verən qanun pozuntularına hüquqi qiymət verilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul edilmişdir:
Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinin 21-ci turunun “Muğan” – “Qəbələ” matçında “Qəbələ”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub. “Xəzər Lənkəran” – AZAL matçında isə “Xəzər Lənkəran”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
Birinci divizionun 15-ci turunun “Neftçi” İSM – “Sumqayıt” matçında “Sumqayıt”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. “Rəvan” – “Abşeron” matçında isə hər iki klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün onların hər biri 100 manat cərimə olunublar. Oyunun 88-ci dəqiqəsində “Rəvan”ın futbolçusu Fərhad İsgəndərov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub 20 manat cərimə olunub.
