25 fevral 2011 02:01
Beşiktaş cavab oyununda da darmadağın oldu (YENİLƏNİB)
Avropa Liqasının 1/16 final mərhələsinin cavab oyunları keçirilir. Azerisport.az xəbər verir ki, ilk oyun günündə cəmi 1 qarşılaşma baş tutub.
Səfərdəki birinci oyunu minimal hesablı qələbəylə başa vurmuş Moskva CSKA-sı PAOK-u qəbul edib. Fasilədən sonra hesabı açan yunanlar rusların işini çətinə salsa da, son anda meydan sahibləri bərabərlik qolunu vurmaqla növbəti mərhələyə vəsiqəni təmin ediblər. Beləliklə, ÇSKA ilk 1/8 finalçı olub.
İkinci oyun günündə isə evdə 1:2 hesablı yenilgiylə üzləşən İspaniyanın “Sevilla” klubu “Porto” ilə səfər matçında həmin məğlubiyyətin əvəzini çıxmağa çalışıb. Lakin onların cəhdləri sadəcə 1 qol vurmağa çatıb. Minimal hesablı məğlubiyyətə baxmayaraq, iki oyunun nəticəsinə görə, 1/8 finala məhz "Porto" adlayıb.
Qalan cütlüklərə gəlincə, “Bayer” - "Metalist" (Xarkov), “Ajax” – “Anderlecht”, “Dynamo” (Kiyev) – “Beşiktaş” oyunlarının formal xarakter daşıyacağı hələ öncədən də bəlli idi. Bu cütlərdə sensasiya baş vermədiyi halda, digər oyunlarda da "Villareal", "Paris S.G", "Manchester City", "Twente", "Braga", "Spartak" (Moskva), PSV, "Liverpool" və "Zenit" evdə, "Benfica" və "Rangers" isə səfərdə 1/8 finala vəsiqəni təmin etməyi bacarıb.
Avropa Liqası
1/16 final (cavab oyunları)
22 fevral
CSKA (Moskva, Rusiya) - PAOK (Yunanıstan) - 1:1 (ilk oyun, 1:0)
Qollar: İqnaşeviç, 80 - Müslimoviç, 67.
Matçın 80-ci dəqiqəsində CSKA-da Vaqner Lav penaltidən yararlana bilməyib
23 fevral
Porto (Portuqaliya) – Sevilla (İspaniya) - 0:1 (2:1)
Qol: Luiş Fabiano, 71.
24 fevral
Zenit (Rusiya) - Young Boys (İsveçrə) - 3:1 (1:2)
Qollar: Lazoviç, 41, Semak, 52, Şirokov, 76 - Cemal, 21.
Bayer (Almaniya) - Metalist (Xarkov, Ukrayna) - 2:0 (4:0)
Qollar: Rolfes, 47, Ballak, 70.
Liverpool (İngiltərə) - Sparta (Çexiya) - 1:0 (0:0)
Qol: Kuyt, 86.
PSV (Hollandiya) – Lille (Fransa) - 3:1 (2:2)
Qollar: Dşudşak, 55, Lens, 67, Marselo, 73 - Frau, 22.
Spartak (Moskva, Rusiya) – Basel (İsveçrə) - 1:1 (3:2)
Qollar: Makqidi, 90+1 - Çipperfild, 15.
Sporting (Portuqaliya) – Rangers (İsveçrə) - 2:2 (1:1)
Qollar: Mendes, 42, Djalo, 83 - Diuf, 20, Edu, 90+2.
Ajax (Hollandiya) – Anderlecht (Hollandiya) - 2:0 (3:0)
Qollar: Süleymani, 11; 16.
Braga (Portuqaliya) - Lech (Polşa) - 2:0 (0:1)
Qollar: Alan, 7, Lima, 36.
Dynamo (Kiyev, Ukrayna) – Beşiktaş (Türkiyə) - 4:0 (4:1)
Qollar: Vukoyeviç, 2, Yarmolenko, 55, Qusev, 64, Şevçenko, 74.
Twente (Hollandiya) - Rubin (Rusiya) - 2:2 (2:0)
Qollar: Yanssen, 45+1, Duqlas, 47 - Ansaldi, 22, Noboa, 24.
Manchester City (İngiltərə) - Aris (Yunanıstan) - 3:0 (0:0)
Qollar: Dzeko, 7; 11, Ture, 76.
Paris S.G. (Fransa) - BATE (Belarus) - 0:0 (2:2)
Stuttgart (Almaniya) – Benfica (Portuqaliya) - 0:2 (1:2)
Qollar: Salvio, 30, Kardozo, 78.
Villarreal (İspaniya) – Napoli (İtaliya) - 2:1 (0:0)
Qollar: Nilmar, 42, Rossi, 45 - Hamşik, 17.
