22 fevral 2011 13:29
Devranla Sahil qayıtdı, Hacıyev fərdi məşq edir
“Qarabağ” “Turan”la oyunun hazırlıqlarına başlayıb. Azersiport.az xəbər verir ki, bazar günü “Gəncə”ylə qarşılaşan komanda dünən istirahət edib.
Bu gündən isə “Turan”la oyunun hazırlıqlarına start verilib. Premyer Liqada son 6 oyunda qələbə qazanan komanda təsnifat mərhələsinin sonuncu turunda da qələbə eyni uğurun davamını gətirmək istəyir.
Bu gün komandanın tək məşqi baş tutub. “Sərhədçi” İdman Komleksinin idman meydançasında baş tutan çalışma 90 dəqiqə davam edib. Zədəli futbolçulardan Devran Ayhan və Sahil Kərimov artıq komandayla məşqlərdə iştirak etsə də, Aftandil Hacıyev hələ ki fərdi olaraq məşq edir.
